Mübariz Mənsimovun səhhəti ilə bağlı «Palmali»dən açıqlama: «Yeriməkdə çətinlik çəkir»

564 29-04-2020, 10:29 cemiyyet

Mübariz Mənsimovun səhhəti ilə bağlı «Palmali»dən açıqlama: «Yeriməkdə çətinlik çəkir»Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə «Palmali»nın mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva feyzbuk profilində məlumat paylaşıb.
O bildirib ki, əməliyyat olunduqdan bir müddət sonra saxlanılan Mənsimovun, həbsxanada qaldığı müddət ərzidə yaralarının yeri iltihablayıb, bədənində şişkinlik, qaraciyərində problem yaranıb, sidiyindən isə qan gəlir.

F. Quliyeva əməliyyatdan sonra həkim nəzarəti altında saxlanmalı olan iş adamının immunitetinin də zəiflədiyini qeyd edib:

«İmmun sisteminin zəifləməsi Mübariz Mənsimovun koronavirus pandemiyasına yoluxma riskini də artır. O özünü halsız və yorğun hiss edir, hətta yeriməkdə belə çətinlik çəkir. Özünü idarə etməkdə çətinlik çəkən Mənsimovun bu şərtlərlə Silivri həbsxanasında qalması mümkünsüzdür. Həbs olunmamışdan öncə əməliyyat olunan iş adamının həkim nəzarətində olmaması və immunitetin zəifləməsi həyatı təhlükəsinin olması ilə bağlı sənədlər aidiyyəti orqanlara təqdim olunsa da o həbsxanada qalır, heç xəstəxanaya belə aparılmır. Səhhətində yaranan problemlə bağlı olaraq Mənsimovun həbsinin ev nəzarəti ilə əvəz olunması lazımdır. Aidiyyəti şəxslər bu vəziyyətə biganə qalmaqda davam etsələr Mübariz Mənsimovun həyatı ciddi təhlükə altında qalacaq».

Xeberdar.net

XƏBƏR LENTİ