Toy etmək istəyənlərin nəzərinə! - MÜSAHİBƏ

788 1-05-2020, 16:17 cemiyyet

Toy etmək istəyənlərin nəzərinə! - MÜSAHİBƏ

Karantin rejiminin hökm sürdüyü bir vaxtda ləğv olunan toy və el şənlikləri restoran və şadlıq saraylarına ciddi ziyan vurub. Mütəxəssislərin fikrincə, pandemiyadan sonra toy etmək istəyənlərin sayında müşahidə olunan artım olacaq. Bu da restoran sahiblərini hərəkətə gətirib. Onlar yeni toy mövsümünə xüsusi hazırlaşır. İndi hamını maraqlandıran bir sual var. Şadlıq saraylarında qiymət artımı olacaqmı?
Bunun üçün biz də bu sualın cavabını elə şadlıq saraylarının özlərindən soruşduq.
Müsahibim "Badi Səba" Şadlıq sarayının adminstratoru Fuad Bağırov bildirdi ki, bu gözlənilmir. Həmin müsahibəni sizə təqdim edirik:
-menyu qiymətlərində artım gözlənilir mi?
"-Xususi karantin rejimi elan edilməmişdən öncə danışılan, toy günü qeyd edilən müştərilərdə hər iki tərəf arasında təyin olunan qiymətlər olduğu kimi qalacaq."

-Hal hazırda müraciət edənlər varmı? və Onlara hansısa güzəşt və endirimlər olacaqmı?



"-Müraciət edənlər var. Əvvəlki müştərilərə şamil olunan güzəştlər ve endirimlər eyni ilə hal-hazirki vəziyyətdə müraciət edənlərə də şamil olunur."

-Sosial məsafə və Sosial izolizasiya ilə bağlı nəsə olacaq?


"-Dövlət tərəfindən hazırlanan təkliflər planına uyğun fəaliyyətimizi davam etdirəcəyik"

Qeyd edək ki, mart ayının 14-dən etibarən toy mərasimləri təxirə salınıb.


Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ