Karantin rejimi nə üçündür? - MİLLƏT VƏKİLİ İLƏ MÜSAHİBƏ

930 1-05-2020, 22:32 cemiyyet

Karantin rejimi nə üçündür? - MİLLƏT VƏKİLİ İLƏ MÜSAHİBƏ
Bu gün ölkədə xüsusi karantin rejiminin müddəti uzadıldı və bir sıra sahələrdə müəyyən yumşaldılmalar oldu. Bu sahələrdə nə dəyişikliklər ola bilər? Və ən əsası karantin rejimi nəyi dəyişdi? İnsanları necə virusun yayılmasından qorudu? Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, 50 saylı Qobustan-Abşeron seçki dairəsindən millət vəkili Şahin Seyidzadə ilə danışdıq. Şahin Seyidzadə Xeberdar.net'ə müsahibəsində karantin qaydalarından sonra yoluxmanın qarşısının alındığını bildirdi.
İndi sizə həmin müsahibəni təqdim edirik:
Karantin rejiminin əsas dəyəri”

"-Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı pandemiya elan edildikdən sonra hökümət tərəfindən ilk mərhələdə qaydalar və tövsiyələr əsasında, 24 mart 2020-ci il
tarixindən isə qüvvəyə minən xüsusi karantin rejiminə əsasən xəstəliyə yoluxmanın yayılmamasına qarşı addımlar atılmışdır. Karantin rejimi bir çox istiqamətdə fəaliyyəti və
insanların hərəkətlərini məhdudlaşdırmışdır. Bir müddət keçdikdən sonra göstəricələrə görə virusun yayılmasında müsbət trendin müəyyən olunması əsasında, 27 apreldən tarixindən etibarən karantinə rejiminin qismən yumşaldılmasına dair qərarlar verilmişdir. İlkin yumşaldılma qərarından sonra Azərbaycandakı mövcud sanitar epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir. Amma bu o demək deyil ki, karantin rejimi tamamilikdə dayandırılıb. Karantinin şərtləri üçüncü fazaya keçərək növbəti təhlillərə və bundan irəli gələrək növbəti “yoxlama
tarix”indən sonra olan müddətdə veriləcək qərarlara əsas yaradır. Artıq bizim növbəti “yoxlama tarixi”miz 31 maydır. İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş
verəcək?
Bugünkü dönəmdən sonra bütün statistik göstəricilərin təhlili, epidemiyanın yayılmasının qarşısının alınmasında nəticələrinin ölçülməsi, virusun yayılma və yoluxanların
sağalması tempinin müşahidə edilməsi və digər istiqamətlərə dair təhlillərin apaılması çox vacibdir.
Növbəti addımlar (1) bəzi sahələrdə yumşalmanın, (2) bəzi sahə və istiqamətlərdə mövcud vəziyyətin saxlanılması və yaxud (3) hər hansı istiqamətlər üzrə qaydaların sərtləşməsi olaraq baş tuta bilər. Qərarlar müxtəlif ola bilər. Onları ətrafında diskussiya və fikir mübadiləsi apara bilərik. Lakin müzakirə olunmayan bir dəyər var, karantin rejiminin əsas dəyəri - insanların sağlamlığı və təhlükəsizliyidir. İnsan sağlamlığında hər hansı bir təhlükə varsa, onu heç bir maddi və qeyri-maddi göstərici ilə ölçülən vəziyyətə qurban vermək olmaz."


“Hökümət və xalqın qarşılıqlı münasibəti”


"-Bilirsiniz ki, hökümət və vətəndaşlar qarşılıqlı məsuliyyət və öhdəlik münasibətindədir. Çox xoşdur ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır, qəbul və əməl edir. Hökümət qanun çərçivəsində və yaxud tövsiyə əsasında müxtəlif qaydalara riayət edilməsinə çağırış edir. Əgər dövlət özünə məsuliyyəti götürərək, vətəndaşın sağlamlığın qorumaq naminə addımlar atırsa, o zaman hər bir vətəndaş həm hüquqi, həm də həyati vərdişlərə əsaslanan bu qaydalara riayət etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni vətəndaşların sağlamlığı ilə bağlı başda Prezident olmaqla, hökümət məsuliyyət daşıyırsa, o zaman sağlamlığın qorunmasının öhdəliyi isə vətəndaşların özündədir. Yəni vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı, sağlamlığının qorunması üçün məsuliyyət daşıyan hökümətin
tövsiyə və qaydalarına əməl etməkdə öhdəliyi anlamalıdır."

Hökümət vətədaşların sağlamlığının qorunması, koronavirus yayılmasında minimum insan və iqtisadi itki ilə mövcud vəziyyətdən çıxmaq üçün qərarlar qəbul edərək bu məsuliyyəti öz üzərinə götürüb. Vətəndaşlar isə bu qərarlardan ortaya çıxan qanunlara və tövsiyələrə əməl edərək məsuliyyətin öz üzərinə düşən hissəsinə riayət etməlidir. “Yumşaltma” və post-karantin dövrə hazırıqmı?
Sual əmələ gəlir – bizim üçün vacibdir karantin nə vaxt bitəcək? Yoxsa karantin bitənə qədər olan “yumşaltma” və yaxud bitəndən sonra olan dövrə hazırıqmı? Xüsusi karantin
rejimi bitənə qədər vacib işlərin görülməsi, bitdikdən sonra tövsiyə edilən qaydaların tətbiqi və sağlamlıq statusunun qorunması kimi addımların atılması çox vacibdir. Hal-hazırda hər kəs gözləyir ki, “karantin rejimi bitsin”. Bəs “yumşaltma” və post-karantin dövrünə hazırıqmı? Bunun üçün hansı işləri görmüşük, görürük və görəcəyik? Ümumiyyətlə bitdikdən sonra nəyə hazırıq? Hansı ehtiyatları görmüşük? Əgər karantin rejiminin nisbətən və yaxud tam bitməsini gözləyiriksə ondan sonra olan mərhələyə hazır olmalıyıq."


“Qanuni və tövsiyə edilən qaydalara riayət edilməsində “tarazlaşma” prinsipi”

Hal-hazırda qanuni eyni zaman tövsiyə edici qaydalar mövcuddur. Nə qədər qanuni qaydalar liberallaşmağa doğru getsə bir o qədər tövsiyə edilən qaydalara məsuliyyətlə yanaşma və əməl edilməsinin öhdəliyi artır. Qanuni və tövsiyə edilən qaydaların riayət edilməsində “tarazlaşma” prinsipi qorunmalıdır. Qaydalar liberallaşan zaman vətəndaşların məsuliyyəti xüsusi ilə artır. Liberallaşma və yaxud karantin tam bitəndən sonra qanuni olan tələblər tövsiyə xarakteri daşıya bilər və onlara əməl edilməsinin məsuliyyəti dərəcəsi heç də azalmır. Suallar yenidən yaranır. Sözügedən icbari və tövsiyə edilən qaydaları həyat tərzimizə uyğunlaşdırmışıqmı? Yaxud karantindən sonra olan dövrdə karantindən əvvəl olan dövrdə olduğu kimi davam etməyə hazırıqmı? Bu sualların cavabları müsbət olmadığı halda iki risklə üzləşə bilərik:
1) xəstəliyə yoluxma sayının artmasıdır və yaxud
2) yenidən bu xəstəliyə yoluxmasıdır.
Karantin rejiminin liberallaşması dövründən başlayaraq ləğv edilməsi dövrünə qədər fiziki və hüquqi subyektlər, KİV nümayəndələri, ictimai birliklər və təşəbbüs qrupları məsələdə aktiv iştirakçı olaraq ciddi təbliğat aparmalıdır. “Narahatlığın azalması hələ nəzarətin azalması demək deyil” Hal-hazırda son statistikalar göstərir ki, ciddi narahatlıq yoxdur amma bu “narahatlığın azalması hələ nəzarətin azalması demək deyil”. Əgər bir şagird zəif oxuyursa və nəticələri yüksək deyilsə, o nəticələri yüksəltmək üçün müəllim, valideyn, şagird qarşılıqlı olaraq səygöstərir və nəticədə uğur əldə edir. Lakin hələ demək deyil ki, yüksək nəticə əldə olunandan sonra, bu səylər azalmalıdır və yaxud davam etməməlidir. Növbəti qərarlar qəbul edilən zaman 5 prinsipi ciddi nəzarətdə olmalıdır:
1) tələsməmək,
2) digər ölkələrin təcrübəsini nəzərdən keçirmək,
3) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etmək;
4) yerli və müxtəlif sahələrin spesifik olan xüsusiyyətləri nəzərə almaq
5) vətəndaşların gigiyenik-sanitar standartlara riayət etməsinə hazırlığı təmin etmək. Yekun olaraq, qeyd etməliyik ki, ümumi fon pozitivdir və biz bu potizivliyi qorumaqla, karantin rejiminin yumşalmasına, post-karantin və post-pandemiya mərhələlərinə hazır olmalıyıq."


Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ