Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO

2 281 7-05-2020, 22:48 cemiyyet / gundem

Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO

Mən Abdulhuseynov Lacin, Quba rayonunda yaşayiram. Usaq yaşlarimdan idmanla məşqulam. Dağıstanin xalq pəhləvani, Əli pəhləvanın evladi və davamçısiyam. Atam da bu sənətlə ölkəmizi layiqincə təmsil edən məşhur pəhləvan olub. Mənda qardaşımla (AZERİBROTHERS) Azerbaycanli qardaşlar adı altında MDB AVROPA ölkələrində layiqli şəkildə təmsil edən pəhləvanlariq. 9 dəfə Dünya rekordlar kitabina duserek, America, Kolumbia, Australia, İtalia, Rusiya və bir neçə ölkəylə bərabər, 24 ölkəyə səfər edərək, ölkəmizi və bayrağımızı təmsil edərək, adına uğurlu çıxışlarla yanaşı, uğur qazanmışıq. Təəssüflər olsun ki, bu gün nəinki işsizlikdən, əziyyət cəkirəm, hətta mənə və sənətimə olan laqeyd münasibətlər, haqsizliqlar, məni həm mənəvi, həm də psixoloji sarsidir. Bu gün mənim istəyim nə maşın, nə ev, nə də puldur, mənim xahişim arzu istəyim, 30 ildən artıq fəaliyyət göstərən idman zalımizın, fəaliyyət gostərməsi üçün, 3/4 sot torpağdir. Mənim idman zalı üçün, nəzərdə tutduğum yeri də, aşağıda qeyd etdiyim şəxslər, öz mənafeilərini güdərək mənimsəyirlər.
Rayonumuzda fəaliyət göstərən, gənclərimizin səmərəli sağlamliği ilə məşğul olan, 20 faiz torpaği işğalda olan dövlətə xalqa, sağlam bədənli sağlam düşüncəli gənclər yetisdirməkdə davam edən, Pəhləvan Əli idman klubumuz, 30 ildən artiqdir ki, Quba rayonunda icarəyə götürülmüş ünvanlarda öz fəaliyətini davam etdirir. Bu günə qədər fərqli fərqli məkanlarda, icarə haqqı ödəyərək, 50-yə yaxın ünvan dəyişmişik. Səbəb isə, rayonda bizə və gənclərə göstərilən laqeyd münasibətdir. Bununla bağli dəfələrlə sabiq bələdiyyə sədri Zakir Muslumova muraciət etmişdim və o mənə, Dəvədabani massivində, 4 sot yer göstərmiş, eyni zamanda bu ərazinin idman zalına daha uyqun olduğunu və yeni qəsəbə salindiğda, gənclərin idman zalina ehtiyaci olacağını bildirdi. Mən də razilaşdım və bu ərazinin rəsmiləşdirərək sənədləşdirilməsini xahiş etdim, o isə yaxin həftələrdə həll edəcəyini bildirdi. Təəssüf ki, artığ düz 2 ildir ki, bu sənədin intizarındayam. Bu bələdiyyə sədri 5 illik fəaliyyətini başa vurdu və yeni Bələdiyyə seçkiləri basladi. Yeni sədr seçildi, sevindim, sevimdim ki yeni sədr Anar Murtuzov dərdimizə əlac edər. İlk öncə xatırladım ki, Anar Muəllim vətənpərvər ziyali ailədən olan savadli bir gəncdir. Xülasə bir muddət sonra yeni bələdiyyənin görusunə getdim, məsələ barədə danisdiq həmən ərazinin foto səkillərini Anar Muəllimə göstərdim və ərazidən məlumatli oldu və qəti narahat olmamağımi bildirdi. Karonavirus xəstəliyi ilə bağlı Karantin rejimi olduğuna görə bir müddət evdə qalmalı oıduğ və karantin rejimi bitdikdə Quba bələdiyyəsinə getdim, bələdiyənin memari Bahar adli şəxslə, əraziyə getdik, getdiyimdə əraziyə tikinti uçun nəzərdə tutulmus daş və qum töküldüyünü gördüm. Təəccüblə bu nədir dedim? Cavabında isə, 4/5 gun olar buranı satmişıq dedi. Mən yenə təəccüblə soruşdum, siz buranı nece 4/5 gün olar sata bilərsiz? Axı karatin rejimi 2 gündür bitib. O isə gözlərimin içinə baxarağ, pulunu aldığını və hələ sənədləşmədiyini bildirdi. Sənə vəd olunan yeri satmişam dedikdə, əlavə 4 sot cixarişlı yer var, 8 min gətir verim deyərək uyğunsuz bir yer göstərib sagollaşdi. Həmin saatlarda yenidən Anar muəllimlə görüşdüm və dedimki, bu mənə qarşı böyük haqsizliqdır. Anar Muəllimsə, xəbəri olmadiğini bildirdi. Marağlı deyilmi? Sədrin xəbəri yox, Bahar xanım və müavini Humay xanım alış verişdədir, gəldikləri isə 3/4 ay ya olar ya olmaz. Düşündükləri isə qanunsuz olaraq əraziləri satmaqdır. Nəzərə alsağ ki, 3200 ə yaxin Quba sakini torpaq növbəsindədir. Bu barədə rayonumuzun icra başcisi Ziyəddin müəllimə, yazili formada Mayin 1 i muraciət unvanlamışam, bundan xəbərdar olan kimi, fikirlərini dəyişdilər və öz yalanlarını işə salarağ, torpağı şəhid ailəsinə verdiklərini bildirdilər. Mən isə anlamıram ki, siz nə vaxt Şəhid ailəsinə dəstək çixmisiz ki, dara düşdükdə adini hallandirırsiz? bu böyük bir utancdir! Cənab başçıya müraciət ünvanladığımı bildirdikdə, sotu iki min Azn-ə satdiqlarini və qumu dasi mən tökdürmüşəm deyən işçilər, 90 derece dəyişdilər, özlərinə dəbdbəli həyat şəraiti yaratmaqda fəaliyət göstərən Müavin Humay xanım və Bahar xanım gənclərimizin saglam yetişməsi üçün bizə vəd verilən 4 sot yeridə mənimsəməkdən cəkinmirlər. Belə olduqda, bəllidir ki, gənclərimizi pis vərdislərə və narkamaniyaya sürükləməkdə böyuk bir cığır açırlar.
Bu insanlar bələdiyəyə təyin olunduğu gundən fəaliyətləri elektrik xətləri keçən əraziləri və ara küçelere çəkilən yollari bizlikdi deyərək hasara aldirirlar. Bir daha xatırladım ki, bu qanunsuz əməllərə görə, rayonumuzun hörmətli İcra Bascisi, Ziyəddin muəllimə muraciət etmişəm, Ziyəddin Müəllim gənclərə və insanlara göstərdiyi diqqətinə qayğısına görə hamimizin sevimlisinə çevrilmiş icra başçisidir, şəhid ailələrinə köməyini əsirgəməyən vətəndaşlarin problemlərini yaxindan dinləyən layiqli bir icra başçısıdır. Hörmətli Ziyəddin Müəllim sizdən bir vətəndaş olaraq xahiş edirəm ki, olunan bu haqsizliqlari şəxsən nəzarətinizə götürəsiz; sabiq bələdiyə sədri və hazirki müavin və memarın qanunsuz hərəkətləri haqqinda, cənab Prezidentə, vitse prezidentə, DTX Dövlət təhlükəsizlik xidmətinə, milli məclisin sədrinə, Ədliyyə nazirliyinə və bir necə aidiyyati qürumlara müraciət ünvanlamışam. Hamimiza bəllidirki son günlər İsmayillida və digər rayonlarda baş verən məmur özbaşnaliqlarila bağli həbslər, Cənab prezidentin, tv de cixiş edərək vətəndaşları kömək etməyə cağırış etməsi məmur özbaşnaliqlarina susmayin və mənə məktub yazin deyə muraciət etməsinə, mən də ictimaiyyət arasinda taninmiş bir pəhləvan kimi Cənab Prezidentin çağrisini alqışlayaraq, Prezidentimizin yürütdüyü siyasətə işgüzar fəaliyətə bu ağir günlərdə xələl gətirən məmur özbaşnaliqlari və haqsizliqlarla bagli muraciətimi bildirdim. Dövlətinə xalqina xidmət edən 12 ölkəyə, 24 dəfə səfər edib, ölkəmizi tanidan, bayrağını ucaldaraq təmsil edən, dünya arenasina min əzyətlə cixan dünya rekortçulari yetisdirən, idman zalimizin səraitini və talançılığ yolu ilə özlərinə dəbdəbəli şərait quran qanun pozanlarin şəaraitinə baxın. Və sonda, mənə olan haqsızlığları, təzyiqləri işıqlandirılmasını, media işçilərindəndə rica edirəm. Yaxin günlərdə daha geniş sübutlarla mətbuata cixacam və cənab Prezidentimizə bir daha muraciət edəcəm!


Xeberdar/net
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO
Tanınmış pəhləvan ölkə prezidentinə müraciət etdi+FOTO

XƏBƏR LENTİ