DTX BU NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB - Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR (Yenilənir)

755 8-05-2020, 16:30 kriminal

DTX BU NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB - Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR (Yenilənir)Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Babayev də var.

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

***

Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Virualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələrinin verdiyi məlumata görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.

DTX BU NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB - Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR (Yenilənir)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ