üzərinə götürür. Biz də öz növbəmizdə xüsusi karantin rejimi tətbiq edilən müddət pozitivliyimi və post-karantin, post-pandemiya dövrü üçün inamımızı qorumalıyıq. Bu istiqamət çərçivəsində 20 aprel 2020-ci tarixindən etibarən "#hərşeyyaxşıolacaq #yenidən" həştəqləri ilə sosial platformalarda paylaşımların edildiyi onlayn aksiyaya başlanılmışdır.
Aksiya çərçivəsində hər gün müxtəlif istiqamətlər üzrə fəaliyyət və məşğuliyyətlərin yenidən olacağı ilə bağlı Facebook, Twitter sosial şəbəkələrində, həmçinin Whatsapp vasitəsi ilə “hekayə” funskiyası istifadə edilərək fotolar paylaşılır. Artıq 18 ədəd belə paylaşım edilib. Təhsil,
mədəniyyət, səyahət, gündəlik məşğuliyyət və s. istiqamətləri özündə cəmləşdirən bu tipli fotolar sosial şəbəkə izləyicilərimiz tərəfindən maraqla qarşılanır. Facebook üzərindən hekayə formatlı 1 gün davam edən paylaşımlarda hər günə ortalama 270-ə yaxın, Whatsapp vasitəsi ilə isə eyni qaydada olan paylaşımlara ortalama 190-210 arası baxış sayı toplanır. Bundan əlavə qeyd etmək istərdim ki, Twitter üzərindən edilən bu paylaşımlar indiyədək 5680-dən çox görülmə toplayıb.
Mən düşünürəm ki, bu tipli onlayn aksiyalarla vətəndaşlarımızın ruh yüksəkliyini yüksəkdə tutmaq, koronavirusla mübarizədə hər tərəfli pozitiv baxmaq və inamlı
olmaq lazımdır. Çünki hər şey yaxşı olacaq və biz yenidən pandemiyadan əvvəl olduğu kimi həyatımızı davam edəcəyik. Həmin paylaşımları sizə təqdim edirik:
Son etdiyi paylaşım isə hamını qururlandırıb:
Mirzə li
Xeberdar.net