Goranboyda yük maşını piyadanı vurub öldürdü

623 9-05-2020, 15:18 hadise

Goranboyda yük maşını piyadanı vurub öldürdüDünənsaat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net xəbər verir Ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan vətəndaşı B.Giorgi idarə etdiyi "MAN” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Şahnaz Baxşəliyevanı vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ