Milli Məclisin Gənclər və idman komitəsi onlayn konfrans keçirib

849 9-05-2020, 16:47 cemiyyet

Milli Məclisin Gənclər və idman komitəsi onlayn konfrans keçirib
Bu gün, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə "Könüllülər ili" ilə əlaqədar millət vəkilləri, Azərbaycan Respublikası Gənclər Fondu və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə gənclər təşkilatlarının fəaliyyəti haqqında onlayn konfrans keçirildi.

Konfrans Millət Vəkili Şahin Seyidzadənin təşəbbüsü ilə keçirilib. Bu barədə Xəberdar.net'ə Şahin Seyidzadə Məlumat verib. O bildirib ki, ilin yekununda "Könüllü mükafatı"ının təsis edilməsini təklif edirəm. Konfransda Milli Məclisin sədr müavini Adil Əliyev, Millət vəkilləri Şahin İsmayılov ,Kamal Cəfərov, Könül Nurullayeva, Elnur Allahverdiyev, Ramin Məmmədov, Seymur Orucov, Fərid Cəfərov iştirak edib.
Konfransın mövzusunu təqdim edirik:
I. Azərbaycanda könüllülüyün inkişaf mərhələləri
(1) könüllü fəliyyətinin formalaşması;
(2) könüllü hərəkatının formalaşması və kütləvi hal alınması;
(3) könüllülüyün təşkilatlanması və institutlaşdırılması.

II. Könüllü mükafatının təsis edilməsi
2020-ci il cənab Prezident imzaladığı Sərəncama əsasən "Könüllülər ili" elan edilmişdir. Bunu və xüsusi olaraq pandemiya dövründə könüllələrin fəallığını nəzərə alaraq, ilin yekununda "Könüllü mükafatı"ının təsis edilməsini təklif edirəm. Hətta bizim bunu daha sonra ənənəvi olaraq hər il gerçəkləşdirməyimiz mümkündür.

III. Könüllü fəaliyyəti bir növ ictimai inkubatordur.
Gənclərimiz, nəinki gənclər, hətta digər yaş qruplarından olan şəxslərin könüllü olaraq göstərdiyi fəaliyyətlər ictimai inkubasiya prosesinin bir hissəsidir. Əlbəttə ki, bundan daha çox töhfə alan bizim gənclərimizdir. Onlar könüllülük fəaliyyətinə başlayaraq ictimai proseslərə qoşulurlar. Artıq onlar bir inkubasiya prosesinə daxil olur və nəticədə təcrübə, bilik, vərdişlər və əlaqələr əldə edir. Bu qazanılanlar isə onların uğurlu və peşəkar gələcəyini qurması üçün zəmin yaradır.

XƏBƏR LENTİ