Son 24 saatda dünyada 80 minədək insan koronavirusa yoluxub – Statistika

Son 24 saatda dünyada 80 minədək insan koronavirusa yoluxub – StatistikaÇinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,18 milyona qədər insanın bu virusa yoluxmasına yol açıb.

“Worldometer” xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 79 875 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 178 154 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 3510 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 283 734 nəfərdir. İndiyədək 1 490 444 nəfər sağalıb və hazırda 2 403 976 aktiv yoluxmuş xəstə var.

Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 628 576 nəfərdə virus aşkar olunub, 152 740 nəfər isə dünyasını dəyişib. Cəmi 658 498 nəfər sağalıb.

Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ (1 367 638), İspaniya (264 663), Böyük Britaniya (219 183), İtaliya (219 070), Rusiya (209 688), Fransa (176 970), Almaniya (171 879), Braziliya (162 699), Türkiyə (138 657) və İranda (107 603) qeydə alınıb. (apa)

Son 24 saatda dünyada 80 minədək insan koronavirusa yoluxub – Statistika

  • 11-05-2020, 09:14
  • 435


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI