AZƏRBAYCANDA QARIŞIQ NİKAHLAR TOLERANTLIQ KOTEKSTİNDƏ

AZƏRBAYCANDA QARIŞIQ NİKAHLAR TOLERANTLIQ KOTEKSTİNDƏ

İlahə Sadıqova

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gendür bərabərliyi məsələləri üzrə müavini,

ADMİU-nun dissertandı, kulturoloq



Heç bir dini mənsubiyyət, dünyagörüşü, sosial-mədəni, maddi və digər ənənələrə söykənən münasibətlər ailə institutunun formalaşmasına mane olmamalıdır.


İnsanların gündəlik həyatlarının bir hissəsinə çevrilən mədəniyyətlərarası qarşılıqlı münasibətlər hazırda xalqların, dillərin və mədəniyyətlərin qarışması ilə geniş vüsət alan bir prosesdir. Bu prosesin baş verməsi ilə insanlarda “öz” və “yad” mədəniyyətlərə qarşı dözümlülük, hörmət və anlayış hisslərinin tərbiyəsi məsələsi də ön plana çəkilir. Bildiyimiz kimi, multikulturalizm – müxtəlif mədəniyyətlərin öz xüsusiyyətlərini, ənənələrini, adətlərini qoruyub saxlamaq şərti ilə vahid məkanda muxtar şəkildə yan-yana yaşamasıdır.
Cəmiyyətdə vətəndaş münasibətlərini tənzimləyən mühüm institut ailə institutu hesab oluna bilər. Düşünürəm ki, yer üzündə tez bir zamanda ideal cəmiyyət qurmağın ən asan və effektiv üsulu qarışıq nikahdır. Əsrlər boyu Azərbaycanda mövcud olan multikulturalizm ənənələri ailə institutundan da yan keçməyib. Tarix boyu məmləkətimizdə qarışıq ailələr mövcud olub, var və olacaqdır. Bu kimi hallar ədəbiyyatımızın görkəmli simalarının əsərlərində də, N.Gəncəvi, H.Cavid, Y.V.Çəmənzəminli, N.Nərimanov, öz əksini tapıb.
Azərbaycanda qarışıq nikahların köklərinin “Kitabi-Dədə Qorqud” dastanının yaranma zamanına qədər uzandığının şahidi olmaq mümkündür. Kitabdakı boyların biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Burada əhvalat belə nəql olunur ki, gənc Qanturalı evlənmək üçün “kafir” qızını - sarı donlu Selcan xatunu, Trabzonun xristian başçısının qızını seçir. Oğuz bəyləri üçün bu dini mənsubiyyət heç bir ögeylik ifadə etmir. Qanturalının gələcək həyat yoldaşında görmək istədiyi yalnız bu keyfiyyətlərdir: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?... Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş olsun!...”.
Selcanla evlənməsinə qızın atasından icazə almaq məqsədilə, Qanturalı onun üçün hazırlanmış ağır sınaqdan keçərək özü də təbii ki, bir igidlik nümunəsi göstərməli olur, bir buğa, ardınca da bir aslanla güləşir. Sınağını qələbə ilə başa vurub Selcan xatunla öz yurduna yola düşür. Qızını müsəlman Oğuz gəncinə verdiyindən peşmançılıq çəkən Trabzon təkuru onların ardınca qoşun göndərir. İki gəncin üstünə bu dəfə düşmən qismində gələn təkur döyüşçülərini Qanturalı ilə Selcan xatun, biri müsəlman, o biri xristian olaraq birgə dəf edirlər.
Dastan boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik göstərilmir. Əksinə, onun qəhrəmanlığının təsvirində şəxsinə məhrəm bir münasibət ifadə olunur. Selcan obrazı qadına ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq nümunəsi kimi baxılan oğuz qadınlarının mühitində tam doğmalaşmış biridir. Elə buna görə də bu xristian qızı Selcan xatunu müsəlman oğuz qızlarından fərqləndirmək olmur.
Azərbaycan üçün qarışıq (beynəlmiləl) ailələrin öyrənilməsi mədəniyyətlərarası kommunikasiyaların qarşılıqlı təsir və qarşılıqlı müdaxilə tendensiyaları prosesində aktualdır. Qarışıq ailələrin müsbət keyfiyyətləri ilə yanaşı, neqativ xüsusiyyətləri də mövcuddur. Bu cür nikahlar Azərbaycan cəmiyyətinin etno-demoqrafik strukturunun dəyişikliyinin əhəmiyyətli kanalıdır. Alimlər sübuta yetiriblər ki, genetika baxımından qarışıq ailələrdə dünyaya gələn uşaqlar digərlərinə nisbətən daha sağlam və daha ağıllı olurlar. Misal olaraq məşhur azərbaycanlıların adlarını qeyd etmək olar: Davud Paşayev Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü, İren Məlikova - Azərbaycanşünas türkoloq alim, professor, Müslüm Maqomayev - Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Heydər Camal - Politoloq, yazıçı, filosof və şair, Oleq Babayev - ukraynalı politoloq, Ukrayna Ali Radasının VI çağırış xalq deputatı; Kremençuk şəhərinin meri (2010-2014), Lütfəli Əsgərzadə (Lütfi-Zadə)-azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Koliforniya Berkli Universitetinin professoru. Buna səbəb olaraq müxtəlif tipli genetik xəstəliklərin qanların qarışması nəticəsində mutasiyaya uğrayaraq ya məhv olunması, ya da müalicəyə təslim olması göstərilir. Lakin milli özünüdərk prosesi baxımdan bu cür nikahlarda iki etnik mənsubiyyətdən biri məğlub olur, çünki bu cür ailələrdə övladlar özlərinə milli mənsubluq seçərkən valideynlərindən birinin etnik xəttinə son qoymuş olur. Bir faktı da vurğulamaq lazımdır ki, qarışıq ailələrdə dünyaya gələn övladlar daha çox hansı ölkədə yaşayırlarsa, o ölkəyə məxsus milli mənsubluğu seçmiş olurlar. Buna səbəb kimi ətraf mühit və ailədaxili etnik və sosial statusca tərəflərdən hər hansı birinin üstünlüyü göstərilir. Azərbaycanda statistik göstəricilərə görə son illərdə qarışıq nikahların sayı xeyli artıb. Qarışıq nikahların ölkədaxili və məsafəli ola biləcəyi nöqteyi-nəzərindən bu cür ailələrin hansının daha möhkəm və uzunmüddətli olması sualı ortaya çıxır. Bir sıra sosioloqların araşdırmalarına görə bir-birindən uzaq məsafədə yaşayan, yəni, iki müxtəlif ölkənin vətəndaşları olan ailələr, eyni ölkənin vətəndaşı olan, lakin müxtəlif etnik mənsubiyyətə malik olan ailələrə nisbətən qısamüddətli olur. Buna təbii olaraq hər bir şəxsin yaşadığı ölkənin qanunlarına, sosial tələblərinə, baxışlarına, milli-mənəvi, mədəni məxsusluğuna uyğun olaraq formalaşması digərinin sadalanan mövcudluğuna uyğunlaşmağına çətinlik çəkməsi ilə izah vermək olar, yəni əcnəbi vətəndaşlar üçün yeni cəmiyyətə uyğunlaşma olduqca çətin prosesdir. Bu cür ailələrdə yaranmış hər hansı bir konflikt situasiyaların aradan qaldırılması birmənalı şəkildə tərəflərin subyektiv və obyektiv münasibəti ilə öz həllini tapır. İstənilən halda tərəflərdən biri digərinə müəyyən məsələlərdə güzəştə getməli olur.
Yaxın keçmişə qədər Azərbaycanda qarışıq nikaha daha çox kişilər meyl göstərirdilər, qadınlar isə bu məsələyə bir qədər ehtiyatla yanaşırdılar. Lakin son illərin göstəricilərinə görə əcnəbi vətəndaşlarla ailə quran qadınların sayı artıb. Daha çox azərbaycanlı xanımlar Türkiyə vətəndaşları ilə ailə qurmağa meyl göstərirlər. Eyniköklü, ortaq dini dünyagörüşünə, ortaq mədəniyyətə malik olmağımız bu cür ailələrin qurulmasında təkanverici faktor kimi qiymətləndirilə bilər.
Yuxarıda qeyd olunduğu kimi, qarışıq nikahların mövcudluğu uzun bir tarixi yol keçib. Təbiidir ki, bu mövzuda bütövlükdə hər kəsi tolerant hesab etmək düzgün olmaz. Bir qrup insanlar bu prosesi neqativ hal kimi qiymətləndirərək dini ayrılığı, adət-ənənələrin uyğunsuzluğunu, milli dəyərlərin müxtəlifliyini nəzərə alaraq bu ailədə anlaşılmazlıqların yaranmasına gətirib çıxaracağına, digər qrup insanlar isə əksinə, hesab edirlər ki, bu cür genetik qarışıqlardan sağlam və daha ağıllı uşaqların dünyaya gəlməsi bəşəriyyət üçün daha lazımlı və ehtiyac duyulan hal olmasına inanırlar. Bir qrup insanların fikrincə qarışıq ailələrin varlığı təkcə insanlar arasında deyil, müxtəlif xalqların, millətlərin, ölkələrin mədəniyyətlərinin bir-birinə yaxınlaşması, bir-birinə dəyər verməsi baxımdan olduqca vacib bir prosesdir, digər qrup insanlar isə hesab edirlər ki, qarışıq ailələr vasitəsilə bəşəriyyəti müsibətlərdən xilas etmək mümkündür. Təsəvvür edin ki, iki bir-birinə düşmən olan millətin, irqin, etnik qrupun nümayəndələri öz həyatlarını birləşdirmək qərarı verirlər. Bu zaman artıq onlar nikaha daxil olan andan “yeni bir dövlətin vətəndaşlığını” qəbul etmiş olurlar. O dövlətin ki, iki düşmən tərəfi məhəbbətlə bir-birinə bağlayır, nifrət etdiyi millətin dəyərlərini qəbul edir, hörmətlə qarşılayır. Təbii ki, bu cür vasitələrlə millətlərarası düşmənçilik, nifrət, səbəbsiz müharibələrin qarşısının alınması mümkündür və tarixdə bu kimi faktlar çoxdur, lakin bu, bir qədər ağır prosesdir.
Ailə institutu qarşılıqlı hörmət və anlayış əsasında mövcud olmalıdır. İstisna edilmir ki, qarışıq ailələr bir sıra problemlərlə üzləşə bilər, lakin möhkəm ailənin təməli sağlam insani münasibətlərə söykənir. Heç bir dini mənsubiyyət, dünyagörüşü, sosial-mədəni, maddi və digər ənənələrə söykənən münasibətlər ailə institutunun formalaşmasına mane olmamalıdır.

AZƏRBAYCANDA QARIŞIQ NİKAHLAR TOLERANTLIQ KOTEKSTİNDƏ

  • 11-05-2020, 22:35
  • 253


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  3. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  4. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  5. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  6. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  7. SON DƏQİQƏ:Dağıstanla sərhəddə azərbaycanlılarla polislər arasında qarşıdurma-VİDEO
  8. "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Deputat: “Karantin rejimində toylar keçirilsin”
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI