DTX həbs görüntülərini yaydı - VİDEO

DTX həbs görüntülərini yaydı - VİDEORafiq Bayramovun xidməti və yaşadığı ünvanlara baxış keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstiPress xəbər verir ki, bu barədə DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda bildirilib.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib

DTX həbs görüntülərini yaydı - VİDEO

  • 12-05-2020, 17:14
  • 128


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  3. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  4. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  5. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  6. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  7. SON DƏQİQƏ:Dağıstanla sərhəddə azərbaycanlılarla polislər arasında qarşıdurma-VİDEO
  8. "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA
  9. İcra başçısı Vüqar Səfərliyə ov təşkil edirmiş
  10. Deputat: “Karantin rejimində toylar keçirilsin”
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI