DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı

725 25-05-2020, 13:40 hadise / kriminal

DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
Biləcəri qəsəbəsində “VAZ 2107” markalı avtomobil oğurlayaraq hissələrə ayırıb satan dayı bacıoğlu saxlanılıb

Xeberdar.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ 2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinin əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim ediliblər.
DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı

Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı

Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Bonəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Binəqədi Rpi-nin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.


Xeberdar.net

XƏBƏR LENTİ