Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.
Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

Xeberdar.net xəbər verir ki, Müdafiə Nazirliyindən Ordu.az -a verilən məlumata görə, hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.
Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.
Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında - FOTOLAR+VİDEO

  • 28-05-2020, 15:34
  • 131


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI