Əhməd Əhmədzadənin müavini Zakir Quliyevə məxsus İmişlidəki karyerdə 6 nəfər ölümlə üz-üzə qaldı

1 546 18-06-2020, 14:28 siyaset / cemiyyet / bolge / gundem

Əhməd Əhmədzadənin müavini Zakir Quliyevə məxsus İmişlidəki karyerdə 6 nəfər ölümlə üz-üzə qaldı
İmişlidəki mənbədən Xeberdar.net-ə daxil olan məlumatda qeyd edilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevə məxsus rayonun Bəciravan kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasında bir neçə gün əvvəl baş verən hadisə zamanı 6 nəfər faciənin sadəcə bir addımlığndan dönüblər. Belə ki, gözlənilmədən 6 nəfər işçi yüksək təzyiqlə yerin təkindən qum-çınqıl çıxaran borunun önündə yaranan burulğana düşüb. Digər işçilərin köməyi ilə burulğandan çətinliklə qurtulan 6 nəfər əraziyə çağrılan təcili yardım maşınları ilə rayon mərkəzinə - xəstəxanaya çatdırılıblar.

Əhməd Əhmədzadənin müavini Zakir Quliyevə məxsus İmişlidəki karyerdə 6 nəfər ölümlə üz-üzə qaldı
Əhməd Əhmədzadənin müavini Zakir Quliyevə məxsus İmişlidəki karyerdə 6 nəfər ölümlə üz-üzə qaldıMənbənin bildirdiyinə görə həkimlərin səyi ilə yenidən həyata qaytarılan işçilərin həmin vəziyyətə düşməsinə səbəb təhlükəsizlik qaydalarına riayət olunmaması olub. Məlumatda o da qeyd edilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevə məxsus karyerə Elçin adlı qardaşı rəhbərlik edir. Elçin isə gündəlik fəaliyyətə nəzarət məqsədilə Sabirabaddan gətirdiyi Kamranı karyerə rəhbər təyin edib. Lakin göründüyü kimi karyerdə zəncirvari rəhbərlik təyinatına baxmayaraq bu obyektdə ölkə qanunvericiliyinə uyğun olaraq təhlükəsizlik tədbirlərindən söhbət belə getmir. Sözsüz ki, bu məsələdə arxayınçılığın yaranmasının səbəbkarı Azərbaycan Meliorasiya və Su Təssərufatı ASC-nin sədr müavini Zakir Quliyevdir. Problem bununlada bitmir. Mənbənin verdiyi məlumata görə qum-çınqıl karxanasına yaxın ərazidə yaşayan sakinlər artıq kütləvi şəkildə evlərini satmağa hazırlaşırlar. Məlumatda qeyd edilir ki, yerli əhali toz kütləsindən əziyyət çəkir.
“Karyer mədən və digər vergilərdən Zakir Quliyevin himayədarlığı ilə maksimum şəkildə yayınır. Ölkə boyu müəsisələrin fəaliyyəti pandemiya ilə əlaqədar məhdudlaşdırılsa da, bu karyerdə iş bir saat belə dayanmadı. Onu da qeyd edim ki, bir neçə gün əvvəl baş verən təhlükəli hadisə haqqında məlumatı bütün rayon əhalisi bilsə də, yerli hüquq-mühafizə orqanlarının məsələyə hüquqi münasibət bildirməsi ilə bağlı hər hansı məlumat yoxdur. Rayon prokurorluğu isə özünü heç nə olmamış kimi aparır.” – deyən mənbə bildirdi.

Məlumatda əlavə olarq qeyd edilir ki, işçilərin narazılığının qarşısını almaq üçün Zakir Quliyevin Elçin adlı qardaşı müxtəlif “vasitələrdən” istifadə edib. Məlumatda o da qeyd edilir ki, həmin torpaq sahəsini rayonun məşhur oliqarxlarından olan Məmi Atakişiyev verib.

Mövzuya qayıdacağıq.
Məlumatda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xeberdar.net

XƏBƏR LENTİ