GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ MAXİNASİYASI – Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…

GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ MAXİNASİYASI – Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…Bir neçə ay bundan öncə Gəncə şəhər 8 saylı Maliyyə Hesablama Mərkəzində və Gəncə Təhsil İdarəsindən Maliyyə pozuntusu haqqında yazı dərc etmişdik. Düşünürdük ki, ölkəmizdə korrupsiyaya qarşı aparılan tədbirlər haqqında məlumat verməklə digər məmurlar, müxtəlif dövlət orqanları, müəssisələrdə bu çür neqativ hallar, korrupsiya faktları azalacaq. Lakin bizim Gəncə Şəhər Təhsili və 8 saylı üzrə maliyyə hesablama mərkəzi haqda dərc etdiyimiz yazı heç də ümidimizi doğrultmadı.

8 Yanvar 2020-ci il tarixli rəsmi sənəddən məlum olur ki, Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 299 min manat (iki yüz doxsan doqquz min manat) pul ayırılıb. Hansı ki, bu haqda rəsmi sənəd redaksiyamıza daxil olub. Ayrılan pul məbləğinin Nefçala rayonundan “Xalq Bank” ın filialının vasitəsi ilə köçürülməsi rəsmi sənəddən məlum olur.

Araşdırmamız nəticəsində digər suallar ortaya çıxır ki, digər rayonlarla müqayisədə Nefçala rayonu ərazi baxımından çox kiçik rayonlar sırasına daxildir. İnanılmaz rəqəmdir ki, 16 yanvar 2019-cu ildə və 08 yanvar 2020-ci ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na ümumilikdə iki il ərzində 588 min 690.0 manat (beş yüz səksən səkkiz min altı yüz doxsan manat) pul ayırması inandırıcı olsun. Bu absuddur. Axı Neftçala rayonunda “Meşə qoruğu” yoxdur, digər tərəfdən Neftçala rayonuna ərazi baxımından yanaşsaq, adıçəkilən rayonda iki il ərzində istifadəyə yararsız yarım miliyonluq odun əldə etmək mümkünsüzdür.

16 yanvar 2019-cu il tarixinə aid olan rəsmi sənədi yenidən xatırladırıq ki, oxucularımıza qaranlıq qalmasın. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289.690 manat və 08 yanvar 2020-ci il tarixinə aid olan 299.00 min manatın, iki il ərzində ümumilkdə 588 min 690 manatın istifadəyə yararsız taxta parcalarına sərf olunması haqqında aidiyyəti orqanlar araşdırma aparsın və nəticə barəsində “Hürriyyətin” elektron ünvanına rəsmi məlumat verilsin.

Mövzuya qayıdacayıq.

AZƏR,

“Hürriyyət”in Gəncə üzrə müxbiri

GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ MAXİNASİYASI – Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…

  • 18-06-2020, 14:42
  • 234


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI