"BANDOTDEL" KƏND TƏSƏRRÜFATINDA ƏMƏLİYYAT KEÇİRİR - Çoxlu sayda saxlanılanlar var (Yeniləndi)

1 099 9-07-2020, 14:56 cemiyyet / kriminal

"BANDOTDEL" KƏND TƏSƏRRÜFATINDA ƏMƏLİYYAT KEÇİRİR - Çoxlu sayda saxlanılanlar var (Yeniləndi)Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

“Report”un məlumata görə, BMCMİ əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Məlumata görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edilib ki, bu barədə gün ərzində əlavə məlumat veriləcək.

***

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov DİN-in sözügedən əməliyyatının, bəzi saytlarda qeyd olunduğu kimi, nazirliyin vəzifəli şəxslərinə qarşı aparılmadığını bildirib.

"Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq", - V.Hüseynov sosial şəbəkədə yazır..

XƏBƏR LENTİ