“PUTİNLƏ DANIŞMALIYAM, BU, TƏCAVÜZDÜR...” – Lukaşenko həyəcanlıdır

“PUTİNLƏ DANIŞMALIYAM, BU, TƏCAVÜZDÜR...” – Lukaşenko həyəcanlıdırPrezident Lukaşenko bu gün ölkədəki vəziyyətlə bağlı iclas keçirib. Belarusun rəsmi BELTA Agentliyinin yaydığı məlumata görə, iclasda son hadisələr təhlil olunub.

“Biz nə baş verdiyini görürürük. Lap dərinlikdə nə baş verdiyini görürürk. Biz “rəngli inqilablar” barədə oxumuşuq. Burada artıq xarici müdaxilə elementlərini görürürk”, - Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Belarusa qarşı ssenari üzrə təcavüz hazırlanır: “Putinlə əlaqə saxlamaq lazımdır, onunla danışmalıyam. Bu təhlükə artıq təkcə Belarusa qarşı yönəlməyib. Bu gün Belarusun müdafiəsi bizim məkanın, İttifaq dövlətinin müdafiəsi deməkdir. Belaruslar dözməsələr, dalğa bura gələcək”.

Lukaşenkonun sözlərinə görə, küçədə “avaralananlar” nə baş verdiyini anlamırlar: “Bunu koordinatorlar, istiqamət verənlər bilir. Peşəkarcasına işləyirlər, quraşdırılımış səhnələr yayırlar. Moskvada evimi göstərirlər. Tapmısız, özünüzə götürün. Belarusda mənim rəsmi iqamətgahımdan və kənddə evimdən başqa heç nəyim yoxdur. Feyk xəbərlər yayırlar. Sən demə mən ölkədən getmişəm, gah yayırlar ölmüşəm, xəstələnmişəm. Nə üçün bu edilir? Ona görə ki, xalqda əhval yaratsınlar. Alınmayacaq. Buna imkan verə bilmərik”./“AzPolitika”

“PUTİNLƏ DANIŞMALIYAM, BU, TƏCAVÜZDÜR...” – Lukaşenko həyəcanlıdır

  • 15-08-2020, 15:02
  • 728


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI