Saxta diplom satışında ittiham olunan kafedra müdiri məhkəmə qarşısında

977 3-09-2020, 12:35 kriminal

Saxta diplom satışında ittiham olunan kafedra müdiri məhkəmə qarşısındaKürdəxanı həbsxanasından Gəncəyə aparılan Ələddin Məmmədovun işi ilə bağlı Ağır Çinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib

Saxta diplom satışında ittiham olunaraq həbs edilən Gəncə Dövlət Universitetinin (GDU) kafedra müdiri Məmmədov Ələddin Hətəm oğlu Gəncə Ağır Çinayət Məhkəməsinə çıxarılıb.

Xatırladaq ki, 2020-ci ilin ilin 14 oktyabr tarixində GDU-nun kafedra müdiri Məmmədov Ələddin Hətəm oğlu Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Mübarizə İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdur.

Əldə olunan məlumtlara görə, Məmmədov Ələddin Hətəm oğlu saxta diplom düzəltmək və TQDK-nın imtahan nəticələrindən bal toplaya bilməyən şəxsləri dolayı yolla universitetə qəbul etdirmək kimi cinayət xarakterli əməllərdə təqsirli bilinmişdir.

Hal-hazırda adı çəkilən şəxs haqqında Gəncə Ağır Çinayət Məhkəməsində “xüsusilə ağır ittihamla” təqsirli bilinərək çinayət işi aparılır.

Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” Kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlunu “Kürdəxanı Həbsxanasından” Gəncə Şəhər Həbsxanasına gətirilərək, Gəncə Ağır Çinayət Məhkəməsinə” ilkin baxış keçirilməsi üçün hazırlıq iclasına çıxarılıbdır.

Azər Allahverdiyev,

“Hürriyyət”in bölgə müxbiri

XƏBƏR LENTİ