Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST

670 14-09-2020, 14:56 dunya

Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜSTÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

“Daha çətin olacaq. Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”, - o deyib.

Qeyd edək ki, daha əvvəl ÜST dünən dünyada rekord sayda gündəlik koronavirusa yoluxma halı qeydə alındığını bildirmişdi. Qurum sentyabrın 13-də dünyada 307 930 yeni COVID-19 halı aşkar edildiyini xəbər vermişdi.

ÜST-ün məlumatına görə, 14 sentyabr tarixinə dünyada 28,6 milyondan çox insana koronavirus diaqnozu qoyulub. 917,4 min insan virusdan ölüb.

XƏBƏR LENTİ