Partiya funksioneri hərbi təlimlərə cəlb edildi

814 22-09-2020, 13:21 cemiyyet / gundem

Partiya funksioneri hərbi təlimlərə cəlb edildiAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti iki gündür hərbi mükəlləfiyyətli vətəndaşların bir çoxunu təşkil etdiyi təlimlərə cəlb edir. Təlimlərə cəlb olunanların arasında bir çox tanınmışlar da var. Bunlardan biri də Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyevdir. Bu barədə xeberdar.net-ə politoloqun yaxınları məlumat veriblər.

Məlumatda qeyd edilir ki,Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev sentyabrın 21-dən etibarən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi təlimə cəlb edilib.

Qeyd edək ki, Taleh Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı Hərbi Hissədə tərbiyəvi işlər üzrə təlimatçı vəzifəsində xidmət etmişdir.Ehtiyatda olan zabitdir.

Xeberdar.net

XƏBƏR LENTİ