MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto

848 24-09-2020, 14:01 cemiyyet

MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – FotoÖzünü vəkil kimi təqdim edən “Milli Hüquq Evi” MMC-nin direktoru Nicat Gözəlovun adı qalmaqalda keçir. Reportyor.info xəbər verir ki, 2019-cu ilin martında Masallıda yerləşən “Eldaroğlu” MMC-nin mebel mərkəzindən 4400 manat məbləğində nisyə mebel götürən N.Gözəlov borcunu ödəmir.

Həmin məbləğdən 500 manat 2019-cu ilin iyun, 200 manat isə 2019-cu ilin sentyabrında ödəniş etmiş N.Gözəlov yerdə qalan məbləği indiyə qədər vermir.
Xəbər verilir ki, bu günə kimi N.Gözəlov telefon zənglərinə ya cavab vermir, ya da telefonunu bağlayır. Özünü vəkil kimi təqdim etdiyi üçün mebel mərkəzinin sahibi inanıb və indi bu vəziyyətlə qarşılaşıb./reportiyor.info
MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto

XƏBƏR LENTİ