AQTA-dan toy açıqlaması

AQTA-dan toy açıqlaması"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub:

“Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə görüşlərimiz olur. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu ,ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

AQTA-dan toy açıqlaması

  • 25-09-2020, 16:12
  • 274


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI