“Ermənistan döyüş əməliyyatlarının başlamasına görə tam məsuliyyət daşıyır” –Səfir

378 2-10-2020, 11:31 ---

“Ermənistan döyüş əməliyyatlarının başlamasına görə tam məsuliyyət daşıyır” –SəfirErmənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində döyüş əməliyyatlarının başlamasına görə tam məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu “The Guardian” qəzetinə ünvanlanan məktubunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə yazıb.

Səfir vurğulayıb ki, Dağlıq Qarabağ “mübahisəli” region deyil, Aərbaycanın beynəlxalq səviyyədə tanınmış və Ermənistan tərəfindən işğal olunaraq etnik təmizlənməyə məruz qalmış ərazisidir:

“BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələri icra olunmamış qalır”.

Səfir əlavə edib ki, Ermənistan öz işğalçılıq siyasətini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz rejim yaradıb:

“Ermənistan qarşıdurma xəttində hərbi toqquşmaların başlamasına görə tam məsuliyyət daşıyır. Bu, ölkənin aqressiyasının və işğalçılıq siyasətinin birbaşa nəticəsidir”.

XƏBƏR LENTİ