Prezident İlham Əliyev: "Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır"

594 3-10-2020, 21:43 siyaset / gundem

Prezident İlham Əliyev: "Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır"
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"

Xəbərdar.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib.

XƏBƏR LENTİ