Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO

774 3-10-2020, 22:16 cemiyyet / gundem

Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Xalqımız orduya müxtəlif yollarla öz dəstəyini göstərir.
Xəbərdar.net -in Qobustan bürosundan verilən məlumata görə, Qobustan rayonu ərazisində yerləşən "Ramil Market" rəhbərliyi əsgərlərimizə dəstək olmaq üçün onlara bəzi ərzaq və ləvazimatlar göndərib. Şirniyyat məhsulları, müxtəlif növ meyvə şirələri, sular, siqaret, əsgər ləvazimatları, üzqırxan və bu kimi əsgərə lazım olan dəstək paketi hərbçilərimizə göndərilib. Mağaza sahibinin bu işinə rayon əhalisi də bacardığı kimi dəstək verib. Və Mağaza sahibinin bu işi əhali arasında alqışla qarşılanıb. Mağazanın sahibi Ramil bəy, Xeberdar.net -ə verdiyi açıqlamasında bildirib ki, əsgərlərimiz üçün nə etsək azdır. Onlara canımız fəda. Onlar ki Qarabağımızı geri qaytarır, orda döyüşür. Hər nə etsək yenə azdır.
Yardım paketi Səfərbərlik xidməti bölməsi tərəfindən hərbçilərimizə yola salınıb.
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO
Mağaza sahibindən əsgərlərimizə dəstək - FOTO


Mirzə li
XƏBƏRDAR.NET

XƏBƏR LENTİ