İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiAzərbaycan Prezidenti Almaniyanın xarici işlər naziri ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhendə Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edildi. Münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olundu. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulandı.

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev və Frank-Valter Ştaynmayer


Prezident İlham Əliyev həmçinin Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulandı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Xeberdar.net

İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

  • 13-02-2016, 15:46
  • 635


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Ümid Partiyasının Fransa Senatına etirazı
  3. Mərkəzi Banka yeni səlahiyyət verilib
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  6. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  9. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
  10. Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI