Azərbaycan komandası daha bir qızıl medal qazanıb

Azərbaycan komandası daha bir qızıl medal qazanıb
İbrahimov kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.



Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. O, kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.

Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar. Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov iyulun 10-da yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olmuşdu. Qeyd etmək lazımdır ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldır. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudur.

Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirdi. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan komandası daha bir qızıl medal qazanıb

  • 12-07-2015, 15:37
  • 762


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI