ALÇAQ DÜŞMƏN GƏNCƏNİ VURDU! - 9 nəfər həlak olub, 33 yaralı ... + FOTO/VİDEO (Yenilənir)

606 11-10-2020, 13:21 cemiyyet / gundem

ALÇAQ DÜŞMƏN GƏNCƏNİ VURDU! - 9 nəfər həlak olub, 33 yaralı ... + FOTO/VİDEO (Yenilənir)Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

***

"Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

"Qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 33 nəfər ağır yaralanıb. Ermənistan Azərbaycanın mülki əhalisinə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir", - deyə, paylaşımda qeyd olunub.

***
ALÇAQ DÜŞMƏN GƏNCƏNİ VURDU! - 9 nəfər həlak olub, 33 yaralı ... + FOTO/VİDEO (Yenilənir)
“Gəncədə insanlar yüksək əhval ruhiyyədədir, heç kim qorxmur, insanlar təşvişə düşməyib, hər şey qaydasındadır”. Bunu Musavat.com-a verdiyi açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov bildirib.

O, qeyd edib ki, Gəncənin mərkəzi hissəsinə atılmış raket nəticəsində üç binaya zərər dəyib:

XƏBƏR LENTİ