MÜLKİ ƏHALİMİZİ HƏDƏF ALMIŞ LEGİTİM HƏRBİ HƏDƏFLƏR ZƏRƏRSİZLƏŞDİRİLİB –Müdafiə Nazirliyi məlumat yaydı

536 14-10-2020, 08:42 cemiyyet

MÜLKİ ƏHALİMİZİ HƏDƏF ALMIŞ LEGİTİM HƏRBİ HƏDƏFLƏR ZƏRƏRSİZLƏŞDİRİLİB –Müdafiə Nazirliyi məlumat yaydıOktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib.

Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

XƏBƏR LENTİ