“ORDUMUZ ÖLÜMƏ GETMƏYƏ HAZIRDIR, İQTİDAR QƏTİYYƏTLİDİR...” - “Azərbaycan olaraq qüdrətimizi göstərməliyik!”

459 15-10-2020, 09:00 cemiyyet

“ORDUMUZ ÖLÜMƏ GETMƏYƏ HAZIRDIR, İQTİDAR QƏTİYYƏTLİDİR...” - “Azərbaycan olaraq qüdrətimizi göstərməliyik!”Toğrul İsmayıl: “Strateji hədəf baxımından birinci mərhələ uğurla həyata keçirilib, Ermənilərin atəşkəsi pozması mənə görə, ikinci mərhələdir”

“Döyüş sahəsində maksimum üstünlük əldə etməliyik ki, danışıqlar masasında güclü olaq”

Azərbaycan ordusunun öz ərazisində anti-terror əməliyyatı keçirməsi, ərazilərimizi düşməndən azad etməsi cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılanır. Bununla yanaşı, Azərbaycan rəhbərliyinin Ermənistana verdiyi sonuncu şansa düşmən Gəncəyə raket atmaqla cavab verdi və bundan sonra hərbi əməliyyatların ikinci fazası başladı.

“AzPolitika.info” cəbhədə baş verənlər və diplomatik sahədəki mübarizə mövzusunda Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılla söhbətləşib:

- Toğrul bəy, Azərbaycan ordusu sentyabrın 27-də təmas xəttində erməni ordusunun təxribatının qarşısını alaraq, əks-hücuma keçib və bir sıra ərazilərimizi işğaldan azad edib. Oktyabrın 10-da tərəflər Rusiyanın təşəbbüsü ilə humanitar atəşkəs elan etsələr də, hərbi əməliyyatlar yenə davam edir. Hazırda yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

- Atəşkəs imzalandı, lakin elə ilk gündən işləmədi. Bu, əslində bizim təxmin etdiyimiz ssenari idi. Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxdıqda görürük ki, 1990-cı ildən bu yana erməni tərəfi atəşkəsi hər dəfə öz xeyrinə çevirməyə çalışıb. Bu səbəbdən də erməni tərəfinin atəşkəsə sadiq qalacağına inanmırdım. Belə də oldu. Çünki bunlar işğal olunan ərazilərdən könüllü çıxmaq niyyətində olsaydılar, zatən sülh danışıqları zamanı əldə edilən razılaşmalar çərçivəsində buna gedə bilərdilər. Ancaq gördüyünüz kimi erməni tərəfi buna getmir və bu səbəbdən də qarşıdurma davam edir.

Əlbəttə, Azərbaycana xarici təzyiqlər var, bu məsələyə obyektiv yanaşma yoxdur, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bir çox hallarda özlərinin qəbul etdiyi qərarlarla hesablaşmırlar. Bu səbəbdən çətin olsa belə, Azərbaycan tərəfi Ermənistanla, yəni işğalçıyla onun anlaya biləcəyi bir dildə - müharibə dilində danışmalıdır. Bu mənada əməliyyatların davam etməsində fayda olduğu düşüncəsindəyəm.

- Sizcə, oktyabrın 10-na qədər müşahidə olunan proseslə həmin tarixdən sonra baş verənlər arasında hansısa fərqlər varmı?

- Əslində, Rusiya açıq şəkildə Ermənistana dəstəyini göstərməyə başladı. Onsuz da bu dəstək var idi. Doğrudur, rəsmi şəkildə elan olundu ki, əməliyyatlar Azərbaycan ərazilərində baş verir, Azərbaycanın belə əməliyyat keçirmək hüququ var. Amma Rusiya erməni tərəfə köməyini əsirgəmədi, silah-sursat dəstəyi verdi. Halbuki, Rusiyanın Ermənistana təsir göstərmək üçün əlində mexanizmlər vardı, amma onlardan istifadə etmədi. Əksinə, Azərbaycanı məcbur etməyə çalışır ki, ermənilərin dediyini qəbul etsin.

XƏBƏR LENTİ