Sumqayıtda üç gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

442 27-10-2020, 09:30 hadise

Sumqayıtda üç gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Oktyabrın 24-də Sumqayıt şəhəri Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub.

APA xəbər verir ki, ağır xəsarət alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Y.Əliyev bu gün vəfat edib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ