Ermənilərin fransız telejurnalistə hücumu pislənilir – Sərhədsiz Reportyorlardan bəyanat

412 28-10-2020, 11:10 dunya

Ermənilərin fransız telejurnalistə hücumu pislənilir – Sərhədsiz Reportyorlardan bəyanatParisdə mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Fransadakı erməni icması üzvlərinin fransalı telereportyora onlayn hücumlarını pisləyib. Qurum jurnalistin Dağlıq Qarabağda cəbhə xəttinin Azərbaycan tərəfindən reportaj hazırlamaqla sadəcə öz işini gördüyünü bildirir.

Fransanın TF1 televiziyasının reportyoru Lizeron Budulun hazırladığı reportaj oktyabrın 22-də TFI-də xəbər proqramında yayınlanıb. Bundan sonra o, Facebook və Twitter-də nifrət mesajları, “soyqırım fahişəsi” kimi təhqirlər almağa başlayıb. Jurnalist “WhatsApp”-da da təzyiqə məruz qaldığını, RSF TF1-nin də sosial media, elektron məktublar və telefon zəngləri vasitəsilə sistematik qısnama iləüzləşdiyini bildirir.

“Oktyabrın əvvəlində Fransanın aparıcı qəzetlərindən birinin iki əməkdaşıölkədəki erməni icmasının üzvləri tərəfindən onlayn təhdidlərləüzləşib. Onlar da Dağlıq Qarabağ münaqişəsi haqda məqalələr yazıblar”, – bəyanatda deyilir.

RSF-in Avropa Birliyi və Balkanlar üzrə bölümünün rəhbəri Pavol Szalay jurnalist Lizeron Budul və TF1-nin üzləşdiyi təzyiqləri izləyib.

“Bir jurnalist və media orqanının münaqişəni işıqlandırdığı, cəbhə xəttinin müəyyən bir tərəfindən reportaj hazırladığına görə təqib olunması qəbuledilməzdir”, – o vurğulayıb.

Szalay Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Frank Papazyanı mətbuat azadlığına bu ağır hücumu birmənalışəkildə pisləməyə çağırıb.

Papazyan “Facebook”-da Budulun reportajını “dezinformasiya”ya bənzədib. Ondan sonra yazılmışşərhlərdən birində deyilirdi: “TF1-nin aparıcıəməkdaşlarının bir neçəsinin başı kəsilərsə, onlar daha yaxşı və daha aydın düşünə bilərlər”.

Ermənilərin fransız telejurnalistə hücumu pislənilir – Sərhədsiz Reportyorlardan bəyanat
Sözügedən reportaj efirə veriləndən sonra erməni icmasının üzvləri dərhal televiziyanın Parisdəki baş ofisi qarşısında nümayiş keçirib, telekanalın “qərəzli reportaj”ına etiraz bildiriblər.

RSF onu da qeyd edir ki, Budulun reportajından bir neçə gün öncə TF1 cəbhə xəttinin Ermənistan tərəfindən iki reportaj yayınlayıb. Ancaq gərginliyi azaltmaq üçün TF1 Budulun reportajını vebsaytından silib.

Ermənilərin etirazına səbəb olmuş reportajda jurnalist Azərbaycanın cəbhə xətti və yaxın regionlarının sakinlərinin yaşadıqların çatdırır. (azadliq.org)

XƏBƏR LENTİ