“Dağlıq Qarabağ” adı, Ə.Ağaoğlunun ilk rəsmi etirazı- Nəsiman Yaqublunun araşdırması

653 31-10-2020, 13:23 kose / gundem

“Dağlıq Qarabağ” adı, Ə.Ağaoğlunun ilk rəsmi etirazı- Nəsiman Yaqublunun araşdırmasıBu gün erməni işğalçılarından torpaqlqrımızı azad etdiyimiz bir zamanda qondarma “Dağlıq Qarabağ” adının yaranması haqqında olan bilgilərimizi də genişləndirməliyik. Və bu istiqamətdə araşdırmalarımız çoxaldıqca düşmənə qarşı digər sahələrdə də mübarizə aparmağımız üçün imkanlarımız artacaq. Bu bir həqiqətdir ki, erməni lobbisi, erməni diasporu və onların elm adamları, siyasiləri dünya ictimaiyyətini aladadaraq, yalan məlumatlarla təmin edərək öz təsirlərində saxlaya bilir.Odur ki, yalnız döyüş cəbhəsində deyil, həm də elmi, tarixi, informasiya sahəsində bu mənfur və güclü əlaqələrə malik düşmənə qarşı hazırlıqlı olmalıyıq.

Bizdə belə məlumatlar əsas olaraq qəbul edilib ki, “Dağlıq Qarabağ” adı Sovet İttifaqı dövründə - 1923-cü ilin iyulunda bu adla muxtar vilayətin rəsmi yaranmasından başlayır.Lakin əldə edilən faktlar bu adın və problemin yaranma tarixinin daha öncədə baş verdiyini sübut edir.Həmin dövrə qədər də ermənilər Dağlıq Qarabağ ermənilərinin bir neçə qurultaylarını keçirmişdilər.
“Dağlıq Qarabağ” adı, Ə.Ağaoğlunun ilk rəsmi etirazı- Nəsiman Yaqublunun araşdırması
1906-cı ildə erməni-müsəlman konflikti ilə Tiflisdə Qafqaz canişin idarəsində yığıncaq keçirildi.Canişin Voronsov-Daşkov,onun müavinləri –generallar Sultan Krım Girey,Malam və Sirinkinin başçılıq etdiyi yığıncıqda azərbaycanlılardan Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Şahtaxtinski, İ.Vəkilov, Q.Qarabəyov və başqaları, ermənilərdən Kalantar,A.Xatisov,S.Arutunov,Taginosov və başqaları iştirak edirdi.

Həmin toplantıda ermənilər bu adı səsləndirmişdir.Onlar təklif ediblər ki, azərbaycanlılar maldarlıq və digər sahələrlə məşğul olduqlarına görə Qarabağın aran hissəsində, ermənilər isə sənətkalıq və ticarətlə məşğul olduqlarına görə Qarabağın dağlıq hissəsində-yəni “Dağlıq Qarabağ”da yaşasınlar.

Ermənilərin bu fikrinə ilk ciddi etirazı Azərbaycanın görkəmli mütəfəkkiri Əhməd bəy Ağaoğlu ciddi etiraz etmiş və Çar Rusiyası hökumətinin nümayəndəsinə də narazılığını bildirmişdir.Hətta Ə.Ağaoğlu o dərəcədə əsbləşir ki, müzakirə prosesində halı pisləşir, çölə aparılır, sakitləşəndən sonra bir də qayıdıb müzakirələrə qoşulur.

Canişin idarəsindəki toplantıda əvvəlcə tanınmış erməni xadimi,”Mşak” qəzetinin redaktoru Kalantar çıxış edərək əvvəlcə diqqəti yayındırmaq üçün Qafqazda yaşayan xalqların vəziyyətinin ağırlığından danışdı.Bu fikirlərindən sonra o, əsas məsələyə keçərək dağlıq yerlərin, ilk növbədə Dağlıq Qarabağın ermənilərə verilməsini,azərbaycanlıların isə aranda yaşamasının mümkünlüyünü bildirmiş və hökumətin bunu rəsmiləşdirməyə borclu olduğunu qeyd etmişdi.

Onun bu çıxışına qarşı ilk etirazə Ə.Ağaoğlu edərək sərt şəkildə dedi:”Biz müsəlmanlar ki,türk və tatar tayfasındanız.Məşriqdən Məğribə min il bundan əqdəm zaman el və oba ilə gəlib hər yerdə düz yerləri və çay kənarlarnı tutmuşuq.Qabağımızada qalan tayfalar ki,o cümlədən erməni tayfalarıdır, türk-tatar övladının səlabəti-qəhrəmanələrindən(qəhrəmancasına.mətanət. cəsarət, düzlərdən, çay kənarlarından qaçıb dağlarda. Sərt qayalarda məskən etmişlər.Tayfaların böylə yerləşmələri kəndilərinin məişətinə və güzəranına bağlıdır.Türk-tatar ğvladı o zaman cümləsi köçəriliklə məişət edirdilər.Bizlərə gün yerlər, böyük-böyük yataqlar lazım idi qoyunlarımız. Sürülərimiz dolansın.Ermənilər isə hər yerdə öz ticarətlərin və sənətlərin işlədə bilirdilər.Lakin türk-tatarlar da orad-burada şəhərlər salıb bəziləri oturaq oldular.ticarət və sənətlə məşğul olub köçəriliyindən əl götürdülər...Kalantar “bu qədər müsəlmanı bir neçə ermənisi xatirəsi üçün” acından öldürməyə hazırdır!. Hökumətin nə ixtiyarı var birdən – birə hökm edə ki, köçməyin?! Böylə narəva fərmana heç kəs etina etməz!”(Bu yerdə Ə.Ağaoğlunun başı gicəllənir, onu aparırlar, bir azdan qayıdr).
“Dağlıq Qarabağ” adı, Ə.Ağaoğlunun ilk rəsmi etirazı- Nəsiman Yaqublunun araşdırması
Bir qədər sonra Ə.Ağaoğlu ikinci çıxışını edir:” Budur neçə sənədir ki,Qafqaz camaatı bir qəribə halətə düçür olmuşdur ki, cümləni bir dəstə qorxu altında saxlayıb. Heç kəsə fürsət vermir ki, nə öz fikrini, nə də öz işlərini neçə ki, lazımdır.izhar etsinlər.Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmvarə qorxu altındadırlar.. Böylə dolanmaq olmaq.Buna bir axir qoymaq gərəkdir!”..
Sonra davam edərək və ermənilərin terror əməllərinə işarə edərək dedi:” Bir adam,bir qulluqçunu öz millətinə xidmət etməyə və ya öz insafına görə iş görməyə qorxudub nainsaflığa,ədalətsizliyə dəvət edən terror davam edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət. nə ədalət, nə də bərabərlik əmələ gələ bilər”.

Ə.Ağaoğlu bu çıxışında “terrorçular” dedikdə erməniləri,”biyunlarını əyənlər” dedikdə çar hakimlərini nəzərdə tuturdu./Moderator.az

XƏBƏR LENTİ