Beynəlxalq e-ticarət platformaları mövzusunda ikinci onlayn təlim keçrildi

506 26-09-2020, 15:46 cemiyyet

Beynəlxalq e-ticarət platformaları mövzusunda ikinci onlayn təlim keçrildiBu gün – sentyabrın 26-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi 2020-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən olan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Məcburi köçkünlər arasında sahibkarlığın təşviqi” layihəsi çərçivəsində Beynəlxalq e-ticarət platformaları mövzusunda ikinci onlayn təlim keçrildi.
Layihənin eksperti iqtisadçı Rəşad Həsənov Beynəlxalq e-ticarət platformaları mövzusunda təqdimatla çıxış etdikdən sonra mövzu ətrafında müzakirələr aparıldı.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində "E-ticarət" haqqında 7 mövzuda 15 onlayn təlim zoom proqramı vasitəsilə keçriləcəkdir. Təlimin mövzuları və hər təlimə ayrılacaq vaxt aşağıdakı kimi olacaqdır.
1. E- ticarət nədir? – 2 təlim,
2. E- ticarət haqqında Azərbaycan Respublikasının qanunu; – 1 təlim
3. Beynəlxalq E- ticarət platformaları; – 4 təlim
4. Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları; – 2 təlim
5. Azərbaycanın milli E- ticarət platformaları; – 1 təlim
6. E- ticarət platformalarına necə qoşulub pul qazanmaq olar? – 4 təlim
7. E- ticarət biznesinizin böyüdülməsində sosial medianın rolu; – 1 təlim
xeberdar.net

XƏBƏR LENTİ