Deputat Sədaqət Vəliyeva vəzifədən AZAD EDİLDİ

524 6-11-2020, 10:19 cemiyyet

Deputat Sədaqət Vəliyeva vəzifədən AZAD EDİLDİMilli Məclisin deputatı Sədaqət Vəliyeva sahiyyə sahəsində tutduğu vəzifədən azad edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, deputat baş həkim vəzifəsindən çıxarılması üçün özü TƏBİB-ə müraciət edib. TƏBİB də xanım deputatın müraciətini nəzərə alaraq işdən çıxarılmasını təmin edib.

Qeyd edək ki, Sədaqət Vəliyeva 2006-cı ildən Nizami rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi idi.

Xatırladaq ki, Sədaqət Vəliyeva 25 saylı Nizami İkinci Seçki Dairəsinin deputatı, YAP Nizami Rayon Təşkilatının sədridir.

XƏBƏR LENTİ