İRƏVANDA “BAYRAKTAR” PANİKASI – Şuşan Stepanyan yenə erməniləri sakitləşdirir

İRƏVANDA “BAYRAKTAR” PANİKASI – Şuşan Stepanyan yenə erməniləri sakitləşdirirOnsuz da isterika içərisində olan Ermənistanı bir tərəfdən də İrəvan səmasının “Bayraktar” PUA-ları tərəfindən nəzarətə götürüldüyünə dair xəbər panikaya salıb.

“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni politoloq Edqar Elbakyanın Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayımlanan açıqlaması əhali arasında böyük ajiotaja və panikaya səbəb olub.

Politoloq deyib ki, artıq bütün dünyada məşhurlaşan Türkiyənin “Bayraktar” PUA-ları bu gün İrəvan səmasında görünüb: “Deyirəm ki, biləsiniz - bu gün İrəvan səmasında “Bayraktar” uçurdu. Bunu xüsusi olaraq, “biz özümüz Ermənistanı xilas etdik” tezisini sevənlərə çatdırın. Sırada beynəlxalq birlik tərəfindən Azərbaycanın anklavı kimi tanınan Sofulu, Bərxudarlı və Əskiparana aparan yolun keçdiyi Tiqranaşen (Kərki-red.) gəlir. Deməyin ki, xəbərdarlıq etmədim. Qoşunların Qarabağdan çıxarılmasından sonra sıra onlara çatacaq.”

Göründüyü kimi, burada söhbət Qazax rayonunun işğaldan azad edilməli olan ərazisindən gedir.

Ermənilər E.Elbakyanın “Bayraktar” xəbərdarlığından necə təşvişə düşüblərsə, artıq hamımızın yaxşı tanıdığı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bununla bağlı açıqlama verməli olub. O, bu şayiələri yayanların cəzalandırılması üçün təhlükəsizlik orqanlarına müraciət etdiklərini deyib. Ş.Stepanyan bildirib ki, Ermənistan səması Rusiya və erməni havadan müdafiə qüvvələri tərəfindən qorunur. Ancaq müharibə dövründə bu xanımın və ümumiyyətlə, Ermənistan hərbi rəhbərliyinin yalanlarının ifşa olunduğunu görən ermənilər Stepanyanın bu cavabına da şübhə ilə yanaşırlar.

Cəlal

İRƏVANDA “BAYRAKTAR” PANİKASI – Şuşan Stepanyan yenə erməniləri sakitləşdirir

  • 12-11-2020, 13:44
  • 136


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  3. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  4. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
  5. Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb
  6. Bakıda hosteldə qalan "tik-tok" fenomenlərinin ölümü ilə bağlı - TƏFƏRRÜAT
  7. “Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir
  8. MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR
  9. Sabaha gözlənilən hava proqnozu açıqlanıb
  10. TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı (Yeniləndi)
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI