“TÜRKİYƏ ƏSGƏRİ MÜTLƏQ DAĞLIQ QARABAĞDA OLMALIDIR” - “Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb”

“TÜRKİYƏ ƏSGƏRİ MÜTLƏQ DAĞLIQ QARABAĞDA OLMALIDIR” - “Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb”Elxan Şahinoğlu: “Ermənilər 1905, 1920 və 1987-ci ildə problemlər yaşatdılar, bu bizə dərs olmalıdır, 4-cü təxribata imkan verməməliyik”

“Rusiya Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən onun mövqelərini zəiflətməyə çalışırdı. Ermənistanda, hətta Rusiyanın bəzi dairələrində hesab edirlər ki, Moskva Azərbaycana müharibəni davam etdirməyə mane olmamaqla Paşinyanın dərsini vermək istəyib. Ancaq Şuşanın azad olunmasından sonra Moskva iç üzünü göstərdi və mühasirəyə düşən erməni qüvvələrini xilas etməyə qərar verdi və buna nail oldu”.


“AzPolitika.info” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qarabağ ətrafında davam edən prosesləri şərh edərkən bildirib.

Ekspert qeyd edir ki, hazırda Rusiyada əhval-ruhiyyə nisbətən dəyişib: “Müşahidələrimə görə, Moskva Paşinyanı devirməyə çalışan radikal qüvvələrə də şübhəylə yanaşır. Çünki, həmin qüvvələr məlum bəyanatı tanımadıqlarını bildirirlər. Bu o deməkdirmi ki, onlar hakimiyyətə gəlsələr bəyanatı ləğv edərək yenidən bölgədə gərginlik yaradacaqlar?

Moskva növbəti gərginlik və sülhməramlılarının təhlükə altında olmasını istəmir. Ona görə də Moskva Ermənistanda siyasi vəziyyətin sabitləşməsində maraqlıdır. Kreml Paşinyanın işinə sonra baxacaq. Digər tərəfdən İrəvanda meydana çıxanların sayı get-gedə azalır. Paşinyanın reytinqi azalsa da, çoxluq hələ də onun əleyhinə çıxmır. Paşinyanın bir müddət hakimiyyətdə qalması bizim də xeyrimizədir, imzaladığı sənədi sona qədər yerinə yetirməlidir”.
“TÜRKİYƏ ƏSGƏRİ MÜTLƏQ DAĞLIQ QARABAĞDA OLMALIDIR” - “Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb”
E. Şahinoğlu qeyd edir ki, Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb. Politoloq sülhməramlıların komandanı Muradovun Xankəndidə erməni separatçılarının lideri ilə görüşüdüyün xatırladır: “Ancaq orası da var ki, bəyanatın yerinə yetirilməsi üçün separatçıların lideri silahlı qüvvələrinin nəzərdə tutulan yerlərdən geri çəkilməsini təmin etməlidir. Bütün hallarda sülhməramlıların komandanının separatçıların lideri ilə görüşməsi adiləşə bilər və sonda Araik Arutunyanın Rusiya tərəfdən tanınması prosesi sürətlənə bilər. Bu baxımdan ermənipərəst jurnalist Solovyovun “Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportu verilməlidir” açıqlamasını nəbz yoxlaması kimi qiymətləndirirəm. Rusiya eyni çalışmanı digər separatçı bölgələrdə - Abxaziyada, Cənubi Osetiyada, Dnestr bölgəsində və Donbasda həyata keçirib. Zəmanətimiz varmı ki, Moskva eyni işi sülhməramlıların əli ilə Dağlıq Qarabağda həyata keçirməyəcək?”

Elxan Şahinoğlu deyir ki, müharibədə qələbə çaldıq, ermənilər məğlub oldu, ancaq sualların sayı azalmayıb.

“Masada və beyin oyununda da güclü olmalıyıq. Ermənilər bizə 1905, 1920 və 1987-ci ildə problemlər yaşatdılar, bu bizə dərs olmalıdır, 4-cü təxribata imkan verməməliyik. Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda – Şuşada, Laçında və Kəlbəcərdə olmalıdır”-deyə politoloq vurğulayıb./AzPolitika.info

“TÜRKİYƏ ƏSGƏRİ MÜTLƏQ DAĞLIQ QARABAĞDA OLMALIDIR” - “Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb”

  • 14-11-2020, 12:25
  • 58


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Ümid Partiyasının Fransa Senatına etirazı
  3. Mərkəzi Banka yeni səlahiyyət verilib
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  6. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  9. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
  10. Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI