Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"

Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"











Kiminsə kimdənsə xoşu gəlmirsə, ya bir köhnə "haqq-hesabı" varsa onu və ya doğmasını müharibəyə getməməklə şantaj və təhdid edir.
Nədən? Bu sözləri Ümid Partiasının sədri İqbal Ağazadə özünün feysbuk səhivəsində yazıb.


Partiya sədri sonra qeyd edib:
" Müharibə könüllülərin müharibəsi deyildi. Prezident qismən səfərbərlik elan etmişdi, könüllü yazılanlar belə səfərbərlik təlimatına uyğun orduya çağrılırdı.
Kiminsə övladı, özü, qardaşı çağrılmayıbsa onda bir günahmı var?
Şəhidlərimizi, qazilərimizi, orduya yardım edənləri, arxa cəbhədə bacardığını əsirgəməyənləri, bir sözlə xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın.
Bu Vətən müharibəsi idi. İlk gündən döyüşə çağrılan da oldu, son gün də. İlk gün şəhid olan da oldu, son günə qədər döyüşüb qazi olan da. Nə edək, indi son günə qədər döyüşüb şəhid olmayanı ittiham edək ki, niyə ilk gün ölmədin?
Müharibə uzansaydı yəqin ki, çağrılmayanlar da ordu sıralarına cəlb ediləcəkdi.
İnsanlar pul yardımı etdilər, əllərindən gələn nə vardısa orduya yardım etməyə çalışdılar. İndi yardım etməyənləri tapıb bir-bir cəzalandıraq?
Bu hərəkətlər, ittihamlar, iradlar yersizdir, etməyin. Şəhidimizə, Qazimizə kiməsə irad bildirməklə ehtiram ifadə etməyək. Problemlərinin həllinə, doğru qiymətlərinin verilməsinə çalışaq. Həm də müharibə bitməyib. Erməni kimi qonşusu olan mütləq yenə savaşa cəlb olunacaq. Sıra hamıya çatacaq.
Ataları döyüşməyənin övladları, övladları döyüşməyənin nəvələri mütləq döyüşəcək.
Bir-birimizi sevək, ittiham etməyək.

P. S. Bu ara əslən Füzulidən olan dostum Manaf Ağayevə də irad bildirənlər var idi. Manaf Tovuz hadisələrindən sonra özü və oğlanları ilə birlikdə orduya könüllü yazılanlardan idi. Kim iddia edə bilər ki, Manaf Ağayevin oğlanları və özü orduya çağrılsaydı imtina edərdi?.
Manafı tanıyan kimsə bunu iddia edə bilməz. Çünki illərdir hamı susanda, qaçqınçılıqdan, qaçqından, Qarabağdan danışmayanda Manaf o torpaqlar üçün mahnısı ilə, səsi ilə ağı deyib, ağlayıb. Kimsə onun ifasını bəyənməyə bilər, lakin torpağa bağlı ürəyinə və dəyanətinə heç kim şübhə etməməlidir.
Bəzən Qarabağlıların toyunu Qarabağ naləsi, ahı ilə ağladıb, hər kəsə haralı olduğunu xatırladıb Manaf. Ədalətli olun, ola bilmirsinizsə susun.
Manaf Ağayev və övladları orduya çağrılsaydı mütləq gedəcəkdi. Çağırmayıblarsa bu onun və oğlanlarının suçu deyil.
Lakin Manaf o çətin günlərdə də əlindən gələn yardımı əsirgəməyib, ilk gün səngərə, əsgərlərimizin yanına gedib - gücü nəyə çatıbsa ordumuzla bölüşüb.
"
Xeberdar.net

Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"

  • 26-11-2020, 17:08
  • 758


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI