Türkiyədə sui-qəsdçilərə hökm oxundu - Hərbçilərin çoxu ömürlük cəzalandırılıb

Türkiyədə sui-qəsdçilərə hökm oxundu - Hərbçilərin çoxu ömürlük cəzalandırılıbTürkiyədə 2016-cı ilin uğursuz çevriliş cəhdinə görə 500-cən şəxsə hökm oxunub. Onlarla təqsirləndirilən ömürlük cəzaya məhkum edilib. Bu haqda “Reuters” yazıb.

Ömürlük cəzaya məhkum edilənlər əsasən ordu komandanlığının təmsilçiləri, 15 iyul gecəsi hökumət obyektlərinə zərbə endirmiş pilotlardır.

“Anadolu” agentliyinin məlumatına görə, ömürlük həbs cəzası alanlar sırasında keçmiş polkovnik, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının katibi olmuş Veysel Kavak da var. Ona 79 il həbs cəzası kəsilib. HHQ-nın keçmiş mayoru Əli Qarabulut və keçmiş hərbi pilot Hüseyn Türk də oxşar cəzaya məhkum ediliblər.

Ömürlük həbs Türkiyə məhkəmələrinin kəsdiyi ən ağır cəzadır, bu şəxslərin nə vaxtsa həbsdən çıxmaq şansları yoxdur.

Məhkəmə çevriliş cəhdi işinin bir epizodu üzrə ittihamlara baxırdı. Söhbət Ankara yaxınlığında Akıncı aviabazasının tutulmasından gedir. O zaman Prezident Rəcəp Tayyip Ərdoğana loyal komandirləri, eləcə də indiki müdafiə naziri Hulusi Akar girov götürülmüşdülər. Çevriliş cəhdi yatırdılandan sonra onlar azad ediliblər.

Hava qüvvələrinin keçmiş komandiri Akin Öztürk və Akıncı bazasında digər vəzifəlilər çevriliş cəhdini idarə etməkdə, parlament daxil olmaqla hökumət binalarını bombalamaqda, Ərdoğanı öldürmək cəhdində ittiham olunublar./"AzPolitika.info"

Türkiyədə sui-qəsdçilərə hökm oxundu - Hərbçilərin çoxu ömürlük cəzalandırılıb

  • 26-11-2020, 17:26
  • 81


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  5. Sabah hava necə olacaq? –Proqnoz
  6. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  7. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  8. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  9. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  10. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI