Rusiya Moldovaya təzyiqi artırır - Zaxarova və İqor Dodon yeni prezidenti hədələyir

470 27-11-2020, 20:30 dunya

Rusiya Moldovaya təzyiqi artırır - Zaxarova və İqor Dodon yeni prezidenti hədələyirRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moldavanın yeni prezidenti Maya Sandunun bəyanatlarına münasibət bildirib. Onun sözlərinə görə, yeni prezidentin dedikləri ölkədə sülhün və sabitliyin pozulmasına yönəlib.

Xatırladaq ki, M. Sandu prezident seçildikdən sonra ilk bəyanatında separatçı Dnestryanı bölgədən rus sülhməramlılarının çıxarılmasına çağırıb.

Moldovanın sabiq Prezidenti, Rusiyanın "adamı" hesab olunan İqor Dodon da ölkədəki sülhü və əmin-amanlığı qorumaq, Dnestryanı məsələsi, eləcə də, Rusiya ilə münasibətlərdə vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün insanları küçələrə çıxarmaqla hədələyib. “Yeni Prezident Maya Sandu Rusiya Federasiyasına, Dnestryanıya qarşı bəzi anlaşılmaz ifadələr işlədib. 1990-cı illərin təkrarlanmasına icazə verməyəcəyik. Ölkədə sülhü və əmin-amanlığı bütün qanuni vasitələrlə qorumaq üçün əlimizdən gələni edəcəyik. Lazım gələrsə, sülhü qorumaq üçün insanları küçələrə çağıracağam”, - deyə Dodon bildirib.

Moldovanın sabiq lideri deyib ki, Prezidentin hər cür açıqlama verə bilər: “Amma unutmaq olmaz ki, Moldovanın parlameni var və Prezident parlament və hökumətin icazəsi olmadan heç bir qərar qəbul edə bilməz”./"AzPolitika.info"

XƏBƏR LENTİ