Sabah Ermənistan müxalifəti özünün yeni “Paşinyan”ını açıqlayacaq

525 3-12-2020, 00:01 dunya

Sabah Ermənistan müxalifəti özünün yeni “Paşinyan”ını açıqlayacaqErmənistan müxalifəti dekabrın 3-də keçiriləcək mitinq zamanı ölkənin baş naziri vəzifəsinə öz namizədinin adını açıqlamağa söz verib. “Report” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə "Daşnaksutyun" partiyasının nümayəndəsi Arsvik Minasyan bildirib.

"Sabah böyük mitinqin gedişatında biz fəaliyyətimizi elan edəcəyik və baş nazir vəzifəsinə namizədi açıqlayacağıq", - Minasyan deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq istəyir.

"Konstitusiya üsulu ilə xainin yerdəyişməsi üzrə addımlara başlamaq qaldı", - Minasyan bildirib.

Qeyd edək ki, bu gün Yerevanın mərkəzində müxalifətin yürüşü keçirilib. Aksiya iştirakçıları hökumət binasına yaxınlaşıblar. Aksiyada "Daşnaksutyun"dan başqa "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarının üzvləri də iştirak ediblər.

XƏBƏR LENTİ