Saxta ASAN-çılar yaxalandı

Saxta ASAN-çılar yaxalandıASAN Xidmətin adından istifadə edərək işə düzəltmək adı ilə 1200 manat alıblar.
Saxta ASAN-çılar yaxalandı. Vətəndaşlara özlərini vəzifəli şəxsi kimi təqdim edənlərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, vətəndaşlara özlərini ASAN Xidmət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Saxta ASAN-çılar yaxalandı
Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı ASAN Xidmət mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olub. Bu fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberdar.net

Saxta ASAN-çılar yaxalandı

  • 15-02-2016, 12:33
  • 816


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI