Hulusi Akar:“Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır”

Hulusi Akar:“Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır”“BMT, habelə ABŞ, Fransa və Rusiyanın həmsədri olduqları ATƏT-in Minsk qrupu 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir iş görmədilər”.

“Haber7.com”un verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ölkəsi bu məsələdə Azərbaycana lazımi dəstəyi verib: “Azərbaycan işğal edilmiş ərazilərini özü azad etdi. 8 noyabrda Şuşanın azad edildiyi günü “Zəfər Günü” elan etdilər. Digər tərəfdən, bu oyanış hərəkatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha geniş əməkdaşlığın təməli qoyuldu”.

Bu yaxınlarda Dağlıq Qarabağda ermənilərin atəşkəsi pozmasına da münasibət bildirən müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qarşı tərəfə lazımi cavabı verib.

O qeyd edib ki, təhsil-təlim çərçivəsində Türkiyənin Azərbaycanla əməkdaşlığı daha geniş və əhatəli olacaq.

Türkiyədə minlərlə azərbaycanlı zabitin təhsil aldığını bildirən H. Akar Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığının əhəmiyyətini də vurğulayıb. (apa)

Hulusi Akar:“Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır”

  • 18-12-2020, 12:20
  • 287


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI