“PAŞİNYAN GETMƏSƏ...” – Zatulin indi də burnunu Ermənistanın daxili işlərinə soxur

535 22-12-2020, 12:11 dunya

“PAŞİNYAN GETMƏSƏ...” – Zatulin indi də burnunu Ermənistanın daxili işlərinə soxurErmənilərdən artıq ermənilik edən Rusiya Dumasının deputatı Konstantin Zatulin “Rusiya üçün Qarabağ dərsləri nədən ibarətdir” başlıqlı məqalə dərc etdirib.

“AzPolitika.info” xəbər verir ki, həmişəki kimi Azərbaycana və Türkiyəyə qarşı kin, nifrət və böhtanla zəngin olan yazısında Rusiya deputatı ermənilərin gələcək taleyindən narahat olduğunu qeyd edib.

Zatulin yazıb ki, Qarabağ Müharibəsinin davam etdiyi 44 gün ərzində təkcə erməni qoşunları deyil, Gümrü bazasındakı Rusiya əsgərləri də “mühasirədə olub”. Özünün şovinist və təxribatçı imicini ustalıqla qoruyan bu şəxs bildirir ki, Azərbaycanın Qarabağdakı qələbəsi Rusiya üçün Donbas, Dnestryanı, Abxaziya, Osetiya kimi məsələlərdə ciddi siqnal olmalıdır: “Əgər sənin rəsmi hərbi müttəfiqin məğlub olursa, fəaliyyət qabiliyyətini itirirsə və xaos içərisindədirsə, soruşma ki, zəng kimin üçün çalınır...”

Həmişəki kimi ermənilərə yarınan bu individ bu dəfə lap şitini çıxararaq yazır ki, ruslarla ermənilərin münasibəti 1941-1945-ci illər müharibəsində qanla bərkiyib. Ancaq nədənsə bu “şəxsiyyət”in gözləri həmin müharibədə həyatını, sağlamlığını qurban vermiş 100 minlərlə azərbaycanlının qanını, SSRİ-nin qələbəsində Bakı neftinin, Azərbaycan sənayesinin və s. oynadığı rolu görməyəcək qədər korlaşıb...

Nəhayət, ermənilər üçün bir qədər ağlaşma quran Zatulin müharibə günlərində hər vəchlə dəstəklədiyi Ermənistan rəhbərliyini, xüsusilə də Nikol Paşinyanı ittiham, hətta təhqir edib. Ermənistanın daxili siyasətinə burnunu soxan Duma üzvü yazır ki, Paşinyan hakimiyyətdə qaldıqca, erməni xalqı özünə gələ bilməyəcək: “Paşinyan getməsə, erməni xalqının ruhunun və öz gücünə inamının dirçəlməsi mümkün deyil... Bizim tarixi müttəfiqimiz olan Ermənistanı və erməni xalqını çətin anda dəstəkləməyimizin alternativi yoxdur. Paşinyanlar gəlir və gedir, erməni xalqı isə qalır...”

Təbii ki, Zatulinin bu cızmaqarası təsadüfi sayıla bilməz. Və görünür, Rusiyada bunun kimiləri ortalığa atıb danışdıran məlum hakim qüvvələr artıq qəti olaraq Paşinyanın “qələmini qırmaq” qərarını veriblər. Bunu həmçinin, ötən günlər ərzində Ermənistanın baş nazirinə qarşı etiraz aksiyalarının və siyasi təzyiqlərin getdikcə çoxalması da təsdiqləyir.

Cəlal

XƏBƏR LENTİ