Xocalıda ermənilərin zəbt etdiyi ev başlarına uçdu...-FOTOLAR

676 22-12-2020, 12:17 cemiyyet

Bu gün səhər saat 7:32-də Azərbaycan Respublikasının 29-cu ildir ki, işğal altında qalan Xocalı şəhərində qanunsuz məskunlaşmış erməni ailələrindən birinin yaşadığı evin uçması barədə qondarma separatçı erməni rejiminin qeyri-qanuni “fövqəladə hallar” qurumuna siqnal daxil olub.
Xocalıda ermənilərin zəbt etdiyi ev  başlarına uçdu...-FOTOLAR
Moderator.az xəbər verir ki, bu haqda işğalçı Ermənistanın News.am saytı məlumat yayıb.

Aqavalyan ailəsinin süləndiyi evdə bir qədər əvvəl də uçqun olub. İndi isə pilləkan tərəfdə dağıntı olub. Zədələnmiş erməni ər-arvad mənzildən çıxarılıb. Ölən yoxdur.

Xatırladaq ki, Xocalı 1992-ci il fevralın 26-da Rusiyanın 366-cı alayının dəstəyi ilə ermənilər tərəfindən işğal edilərək soyqırımına məruz qalıb. 613 nəfərin qətlə yetirildiyi, 500-ə yaxın insanın yaralandığı, 1275 soydaşımızın əsir götürüldüyü şəhər “İvanyan” adlandırılıb.
Bir müddət öncə xəbər verdiyimiz kimi, Rusiya Fövqəladə Hallar Nazirliyi Xocalıda qanunsuz məskunlaşmış erməni uşaqlarının oxuduğu məktəb binasını təmir edib. Və qurumun rəsmi saytında, eləcə də Rusiya Müdafiə Nazirliyinin sülhməramlılarının dislokasiyası haqdakı xəritəsində bu Azərbaycan şəhəri ermənilərin verdiyi adla “İvanyan” kimi göstərilib.
Separatçı rejim isə şəhər ərazisində yeni qəsəbənin salınması və Azərbaycanın nəzarətinə keçmiş məntəqələrdən çıxmış ermənilərin burada məskunlaşması haqda qərar verib.

P.S. Xocalı soyqırımının növbəti -29-cu ildönümünə cəmi 2 aya yaxın vaxt qalır...

Sultan Laçın

XƏBƏR LENTİ