Dünən döyüşən əsgər bu gün dayandığı səngərdən evdə balasının ac qalması ilə bağlı mesaj verir

Dünən döyüşən əsgər bu gün dayandığı səngərdən evdə balasının ac qalması ilə bağlı mesaj verirQarşıda hamı üçün qaranlıq məqamlar, sirr kimi yığışıb qalan cavabsız suallar var.

Hər şey 1813-cü il Gülüstan müqaviləsindən başladı. 1828-ci il Türkmənçay müqaviləsi isə vətən torpağının ikiyə bölünməsinə nöqtə qoydu. Elə bu zamandan da torpaqlarımızı itirə-itirə gəldik. Haraları, hansı cənnət guşələrimizi itirmədik ki? İrəvanı, Zəngəzuru, Göyçəni, Borçalını, Dərbəndi. Ərdəbili, Qəzvini, Təbrizi və s., saymaqla bitmir. Yeganə dövlətə çevrildik ki, hər tərəfdən öz tarixi yurdumuzla, dədə-baba torpaqlarımızla sərhədlərimiz cızıldı.


Vətənimizi ikiyə bölənlər sonra isə mənşəyi, şəxsiyyəti, mənliyi, şərəfi bilinməyən erməni adlı məxluqları torpaqlarımıza köçürdülər. Elə bir millət ki, onları tanıtmaq üçün öz tarixçilərinin özləri haqqında dediklərindən sitatlar gətirmək daha məqsədəuyğun sayılır. Çünki tarixçi tarixi, millət isə özünü daha yaxşı ifadə edir. 1914-cü ildə erməni tarixçisi Gevorq Aslan “Ermənistan və ermənilər” kitabında yazırdı: “Ermənilərin dövlətçiliyi olmayıb. Ona görə də ermənilərdə vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali “Böyük Ermənistan” yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır”.

Beləliklə XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən torpaqlarımıza köçürülən bu mənfur ermənilər zaman-zaman ərazilərimizə sahib çıxdılar, özlərinin olmayan torpaqlarda dövlət qurdular. Qurduqları dövlətin hər daşında, hər torpağında, hər cığırında bir türk tarixi olmasına baxmayaraq, toponimləri, tarixi adlarımızı dəyişdilər, tarixi abidələrimizi qarşı vandallıq etdilər, milli mətbəximizi, qədim musiqi alətlərimizi özününküləşdirməyə qalxdılar. 100 minlərlə insanımızı dədə-baba yurdundan qovdular. Dəfələrlə bizə qarşı soyqırım törətdilər. Havadarlarının sayəsində özlərinin olmayan bir ərazidə, özlərinə dövlət yaratdılar. Bu yetmədi, gözləri doymadı, Qarabağa əl uzatdılar. Havadarlarının dəstəyi ilə BMT tərəfindən tanınmış ərazimizin 20%-ini işğal etdilər. 27 il bu torpaqların həsrəti ilə yaşadıq, qaçqın düşərgələri yarandı. Bir milyona yaxın qaçqınımız bu düşərgələrdə əzab-əziyyət içində yaşadı. Nə qədər insanımız vətən həsrəti, vətən nisgili çəkə-çəkə dünyasını dəyişdi.

Bu arada erməni şairi Yegişe Çarensin ermənilərlə bağlı dediyi ifadələri xatırlamamaq olmur. O, yazırdı ki, “Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də “Drevnyaya Armeniya” adlandırmaqdan utanıb qızarmırlar”.

Qarabağ bizim hamımızın ata ocağımız, ana qucağımızdır. Necə deyərlər, ata ocağı, ana qucağı olmayanda insan yetim sayılır. Biz 30 ilə, daha dəqiq desək, hətta 207 ilə yaxın bu hisslərlə yaşadıq, bu münasibətləri, bu davranışları hiss edik. Bizi sınmış, diz üstə qalmış, əsir düşmüş qadınları olan, itirilmiş torpaqları, məğlub edilmiş ordusu olan bir xalq kimi tanıdılar. Bu səbəbdəndir ki, ötən illər ərzində haqqı-hüququ bütün sferalarda pozulmuş yüzminlərlə insanımızın hüquqları bərpa olmadı. Demokratiyanın, insan hüquqlarının qorunmasının beşiyi adlandırılan bəzi dövlətlər təəssüflər olsun ki, bu illər ərzində ikili standartlar yeridərək, yüzminlərlə insanımızın təməl hüquqlarının bərpası istiqamətində cəhd belə etmədilər. Nə BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxardığı dörd qətnaməsi icra olunmadı, nə də ATƏT-in Minsk qrupunun apardığı danışıqlar bir fayda vermədi. Əksinə, münaqişənin nizamlanması missiyası üzərində olan, ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan 3 dövlətdən ikisi – Rusiya və Fransa bitərəf mövqedə durması, ədalətli mövqe tutması əvəzinə bütün sferalarda işğalçı, cinayətkar, qəsbkar olan Ermənistanı ya birbaşa, ya da dolayısı ilə müdafiə etdi. Boş danışıqlarla, əhəmiyyətsiz bəyanatlarla illərlə başımızı qatmağa çalışdılar. Bizi sevməyənlər, bizdən olmayanlar, çörəyimizi yeyib düşmənə çevrilənlər Qarabağı unutdurmağa çalışdılar. Ermənilərin məğlubedilməzliyi, azərbaycanlıların döyüşkən olmaması ilə bağlı uzun illər mif yaratmağa cəhd etdilər.

Lakin, əlahiddə zaman, tarix öz işini gördü. Ədalətin bərpası üçün zaman yetişdi. Bu zaman, bu tarix 27sentyabr 2020-ci il oldu. 44-günlük müharibə bütün daşları yerinə qoydu. Biz sınmış, diz üstə qalmış, əsir düşmüş qadınları, itirilmiş torpaqları, məğlub edilmiş ordusu olan bir xalq olmaqdan ilk dəfə şanlı ordumuzun qazandığı zəfər nəticəsində çıxdıq, alnımıza yazılan tarixi ləkəni təmizlədik, haqqımızda yaradılmağa çalışılan neqativ mifləri darmadağın etdik.

Qarabağda başlanan ikinci savaş dinindən, irqindən, siyasi düşüncəsindən, etnik-milli tərkibindən asılı olmayaraq, hər bir azərbaycanlını vətənin ərazi bütövlüyü uğrunda birləşdirdi. Bir sözlə, uzun illər hamının həsrətini çəkdiyi bir milli həmrəylik yarandı.

Açığını deyim ki, düşmən də döyüş başlanarkən bu cür Milli Birliyin yaranmasını gözləmir, apardığı mənfur siyasəti, təxribatı da buna hesablayırdı. Ordumuz mərd, igid, qorxmaz vətən oğullarımızın sayəsində qətiyyətlə irəliləyərək, düşmənin 30 il ərzində yaratdığı keçilməz istehkamları darmadağın etdi. 8 noyabrda özündən qat-qat çox olan düşmən əsgərini əlbəyaxa döyüşlərlə məhv etməklə Şuşa şəhərini azad edən Azərbaycan əsgəri adını dünyanın hərb tarixinə yazdı. Uzun illər həsrətlə gözü yol çəkən vətən torpağı, vətən daşı gözlədiyi vətəndaşına qovuşdu. Şanlı Ordumuz bir tarix yazdı. Elə bir tarix ki, bu tarixi biz və bizdən əvvəlki nəsillər nəinki 30 il, əsrlərdir gözləyirdik və həsrətindəydik.

Müharibə hələ bitməyib. Hər an alovlana bilər. Torpaqlarımız tam şəkildə düşmən tapdağından təmizlənməyib. Hələ qarşıda görüləcək işlər çoxdur. Qarşıda hamı üçün qaranlıq məqamlar, sirr kimi yığılıb qalan cavabsız suallar var. Hələ də, yuxarıda öz tarixçi və şairlərinin yazdıqları ilə xarakterizə etdiyimiz mənfur ermənilər qonşumuzdur. Onu da təəssüflə qeyd edək ki, heç birimizin ürəyincə olmasa da erməni dəstəkçisi olan rus sülhlməramlıları obyektiv və subyektiv səbəbdən ərazidədir. Milli birliyimizi pozmağa çalışan qüvvələr var. Tam qələbəyə, tam zəfərə gedən yolumuz milli birliyin qorunmasından keçir. Milli birliyin qorunmasının isə tam məsuliyyəti indiki hakimiyyətin üzərinə düşür.

Müharibənin dayanmasından az bir vaxt – 44 gün keçməsinə baxmayaraq, müharibədən sonrakı dövr üçün gözlənilənlər özünü doğrultmadı. Şəhid, qazi, əsgər ailələrinin problemləri tam həll olunmayıb. Sosial şəbəkələrdə, mətbuatda onları problemləri hər gün deyilir. Dünən döyüşən əsgər bu gün dayandığı səngərdən evdə balasının ac qalması ilə bağlı mesaj verir. Məmur özbaşınalıqları, rüşvətxorluq, korrupsiya olduğu kimi davam edir.

Pandemiyanın yaratdığı fəsadlardan insanlar əziyyət çəkir. Evə qapadılan vətəndaş sabah xəstəliyə yoluxarsa, necə müalicə alacağını düşünür. İşsiz insanlar evdə otura-otura övladını hansı vəsaitlə yedirəcəyinin dərdini çəkir. Qiymətlər durmadan artır. Problemlərimiz çoxdur və sadalamaqla bitmir.


Milli birliyin qorunub saxlanması üçün hakimiyyət dərhal islahatlara getməlidir. Vətəndaşın problemini həll etmək üçün lazımı addımlar atılmalıdır. Vətəndaş bütün sferalarda təminatını həll etmək dövlətin əsas vəzifələrindən biridir.

Yazımı partiyamızın sədri, Qarabağ qazisi İqbal Ağazadənin bu yaxınlarda TV-lərdən birində dediyi sözlərlə bitirmək istəyirəm:

Qarabağ zəfəri rüşvət və korrupsiyanın, insan haqlarının pozulmasının, qeyri-azad seçkilərin keçirilməsinin, pandemiya dönəmində insanların tibbi və sosial vəziyyətinin ağırlaşmasının, tələbatlarının ödənilməməsinin sığortası deyil!

Elman Abbasov

Ümid Partiyası sədrinin mətbuat və informasiya üzrə müavini
Xeberdar.net Saytının baş redaktoru

Dünən döyüşən əsgər bu gün dayandığı səngərdən evdə balasının ac qalması ilə bağlı mesaj verir

  • 25-12-2020, 14:37
  • 627


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  5. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI