Şuşa-Laçın yolundakı Salatınkənddə ermənilər qala bilər, amma...

668 26-12-2020, 10:50 cemiyyet

“Ərazidə atəşkəsin qorunmasını təmin etməli olan Rusiya sülhməramlıları silahlı sakinləri tərksilah etməlidir...”
Şuşa-Laçın yolundakı Salatınkənddə ermənilər qala bilər, amma...
“Kənd erməni bölmələri tərəfindən qorunur. Bir müddət əvvəl azərbaycanlılar kəndə nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin erməni tərəfi Rusiya sülhməramlıları ilə görüşdü və sülhməramlılara Yexsaoxun ermənilərin əlində qalmalı olduğunu sübut etdi”.

Moderator.az xəbər verir ki, bu sözləri Şuşa rayonunun sovet dövründən “Yexsaox” adlandırılan, lakin 1991-ci ildən həmin ərazidə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Milli Qəhrəman Salatın Əsgərovanın şərəfinə Salatınkənd adı verilmiş kəndin qanunsuz rəhbəri Artak Akopyan “Sputnik Ermənistan”-a açıqlamasında söyləyib.

“İndi onlar (Azərbaycan hərbçiləri - red.) kənddən 4 km məsafədədirlər. Onlar öz mövqelərindədir, biz də özümüzün. Bütün kəndlərlə əlaqə var. Vəziyyət sabitdir. Azərbaycanlılar tərəfdən də sakitlikdir. Kənd əhalisinin əvvəllər köçmüş hissəsi, xüsusən qadınlar və uşaqlar tədricən geri qayıdırlar. Məsələn, bu gün iki ailə kəndə qayıtdı Məktəbdə dərslər yanvar ayında başlayacaq. Kənddə əvvəllər təxminən 180 erməni yaşayıb. İndi isə 60 nəfər qalıb. Kənddə ciddi problem yoxdur; su, işıq, qaz var bir neçə gün əvvəl verilməyə başlanıb...”- deyə Akopyan bildirib.

Zəruri izahat:

Bir daha xatırladaq ki, Şuşa-Laçın yolu üzərində yerləşən Salatınkənd ərazisinə XIX əsrdən köçürülmüş ermənilər sovet dövründə də orada yaşayıb və Azərbaycan vətəndaşı sayılıblar. Odur ki, Azərbaycan dövlətinin və şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin mövqeyinə görə, Qarabağda münaqişə başlananadək Azərbaycan yaşayış məntəqələrində yaşamış və hazırda sənədləri ilə bunu təsdiqləyəcək və yenidən Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni sakinlərin həmin məntəqələrdə yaşamaq hüququ qorunur və onlar dövlətimiz tərəfindən bütün yaşayış imkanlarıyla təmin edilməlidir. Ancaq qanuni yaşadıqları şəhər, qəsəbə və ya kəndlərdəki ermənilərin silahlanaraq hərbi birləşmələr təşkil etməsi qanunla qadağandır və 10 Noyabr razılaşmasına əsasən hazırkı şəraitdə ərazidə atəşkəsin qorunmasını təmin edərək sabitliyi qorumalı olan Rusiya sülhməramlıları silahlı sakinləri tərksilah etməlidir...

Sultan Laçın

XƏBƏR LENTİ