Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi bizə qələbə ilə yanaşı, milli qürurumuzu, birliyimizi qaytardı.

Bu torpaq uğrunda neçə-neçə oğullar sinələrini sipər etdi.

Böyük zəfərlə bitən Vətən savaşının iştirakçılarından biri də Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyevdir. Səfərbərlik çağırış ilə ordu sıralarına qatılan Taleh Əliyev 44 günlük müharibədən sonra kapitan rütbəsində təxris olunub.

Taleh Əliyev Cebhe.info-ya müsahibəsində keçdiyi döyüş yolundan, müharibədə yaşadıqlarından bəhs edib. Xeberdar.net həmin müsahibəni oxuculara təqdim edir.

Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ
“Məlum oldu ki, düşmənin irimiqyaslı təxribatı gözlənilir”

- Taleh bəy, 44 günlük Vətən müharibəsində iştirak etdiniz. Müharibə hər an ölümlə üzləşmək, qazi olmaq riskidir. Müharibə gedən günlərdə hansı hisləri keçirirdiniz?

- Öncə Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Bu gün yaşadığımız yeni tariximizin qızıl səhifəsini həmin şəhidlərimizə, qazilərimizə borcluyuq. Düzdür, mən sağ-salamat dönənlərin əməyini kiçiltmirəm, sadəcə bir hərbçi olaraq, vəfa borcumdur ki, öncə onları qeyd edim. Toplanışdan gedənləri bəzən bilərəkdən, bəzən də bilməyərəkdən könüllü olaraq təqdim edirlər. Bu toplanış idi. Yəni, biz Səfərbərlik Xidməti tərəfindən 2 aylıq xidmətə dəvət olunmuşduq. Xidmətdə olanda bizə də məlum oldu ki, düşmənin hər an irimiqyaslı təxribat törədə bilər. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin artırılmasına ehtiyac duyulmuşdu. Buna görə sentyabrın 21-də toplanış oldu və dövlət başçısının 28 sentyabr tarixli fərmanı ilə qismən səfərbərlik elan edildi. Buna uyğun olaraq da, xidmətə çağırıldım. Toplanışa yollananda müharibə olacağını bilmirdik. Müharibə olan yerdə ölüm qaçılmazdır, hər an yaralana bilərsən. Qazi ilə bağlı dilimizdə anlaşılmazlıq var. Haşiyə çıxaraq, bu haqda da bir fikir bildirmək istərdim. Bəziləri elə bilir ki, qazi müharibə zamanı yaralanan hərbçiyə deyilir. Amma bu gün Türkiyə Cümhuriyyətində qazi müharibə iştirakçısına deyilir. Yəni, bu söz təkcə yaralı müharibə iştirakçısına şamil edilmir. Yuxarı komandanlığın bizimlə toplanış zamanı söhbətlərindən əmin idik ki, bu toplanış illərlə davam edən digər toplanışlardan fərqlənəcək. Düşmən yenidən təxribata əl atacaqsa, biz ona layiqli cavab verəcəyik. Belə də oldu. Sentyabrın 27-də düşmən təxribatına Azərbaycan Ordusu irimiqyasda, qəti formada, Ali Baş Komandanın da ifadə etdiyi kimi dəmir yumruqla, sarsılmaz zərbə endirdik. 44 gün davam edən müharibədə hər an ölümün bir addımlığımızda olduğunun fərqində idik, amma ölüm qorxusu ilə yaşamırdıq. 44 günlük müharibədə ölümü yanımızda yol yoldaşımız kimi hiss edirdik. Bilirdik ki, bunlar baş verə bilər. Lakin yenə qeyd edirəm, qorxu yox idi, biz bizim olanı almağa yollanmışdıq. Şanlı tariximizlə, böyük zəfərimizlə isə yalnız fəxr hissi keçirirdim.

“Çalışırdıq ki, itkimiz olmasın”

- 44 günlük Vətən müharibəsində ən çətin gününüz hansı oldu?

- Vallah 44 gün fərqli bir çətinlik kimi yadımda qalmadı. Fəaliyyətimizin düşmən tərəfindən də izlənildiyini bilirdik. Buna görə də təkcə özümüzün yox, həm də tabeçiliyimizdə olan hərbçi heyətinin və dövlət əmlakının zərər görməməsi üçün nigarançılığımız var idi. Bir ailədə 2-3 övlad olur, onların qayğısına qalmaq lazımdır. Eləcə də hərbidə. Biz yüzlərlə əsgərimizin qayğısına qalırdıq ki, xalqımızın gözü yollardadır, nigarandır. Ancaq müharibə varsa, itkilər də qaçılmazdır. Biz çalışırdıq ki, itkimiz olmasın və buna məsuliyyətlə nəzarət edirdik.

“44 günlük müharibə göstərdi ki, yeni cəsur, vətənpərvər gənclik yetişib”

- Tabeçiliyinizdə olan əsgərlərimiz barədə də təəssüratlarınızı öyrənmək onların qəhrəmanlığını bir də kapitanın dilindən eşitmək maraqlı olardı...

- Sözün açığı, uzun illərdir efir məkanında aparılan bayağı verilişlərdən dolayı yetişən gənclikdən bədgüman idim. Gözləyirdim ki, yeni gənclik bizim dəyərlərimizi yaşada bilməyəcək. Amma 44 günlük müharibə göstərdi ki, yeni cəsur, vətənpərvər gənclik yetişib. Yəni Azərbaycan gəncliyi özünü ləyaqətli, qürurlu apardı. Bizim əsgərlərimizin elə qəhrəmanlığı oldu ki, bir zabit kimi gəncliyimizlə fəxr elədim. Mən onlara ilk gündən deyirdim ki, mən ehtiyatda olan zabitəm. Qismətdə varsa, təxris olacağam, yoxdursa, şəhid olacağam. Amma istərdim ki, sizinlə bir zabit olaraq yox, əmi-dayı münasibəti saxlayım. Bir əmi və dayıları olaraq, mən onlarla fəxr edirəm. Azərbaycanın hökumətinin siyasi müstəvidə getdiyi yol da müharibədə müstəsna rol oynadı. Amma heç kəs Azərbaycan əsgərinin xidmət və şücaətini kiçiltməməlidir. Bu müharibəni Azərbaycan Ordusu qanı və canı hesabına əldə etdi.
Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ
“Siqnal gəldi ki, düşmən dronu yerimizi müəyyən edib”

- Ordu sıralarında olduğunuz müddətdə "bunu heç zaman unutmaram", deyə xatırlayacağınız hadisə oldumu?

- Bir gün axşamtərəfi həyəcan siqnalı gəldi ki, düşmən dronu bizim olduğumuz yerdə çəkiliş edib. Biz təcili olaraq yerdəyişmə etməli idik. Elə də oldu. Biz həmin gecə özümüzü itirmədən axırıncı "iynəmizə" qədər hamısını toparlayaraq, öncədən müəyyənləşdirilmiş istiqamətdə yerimizi dəyişdik. İstər can itkisi, istər hərbi texnika və sursat itkisi olmadan yer dəyişdik. O gecə 44 günlük müharibədə mənim ən üçün ən duyğulu, ən həyəcanlı anları idi. Biri var təlim olsun, təlimdə müəyyən zamanda nəyisə çatdırmaq lazımdır. Amma bu müharibə idi və burada bizim üçün saniyələr də qiymətli idi. Həmin gün Azərbaycan əsgəri, Azərbaycan zabitinin özünü itirmədən nəyə qadir olduğunu gördük. Baxmayaraq ki, sentyabrın 27-də düşmən təxribatı ilə üzləşdik, amma biz inanırdıq ki, savaşımız qələbə ilə bitəcək. Aprel döyüşlərindən sonra xalqımız da, ordumuz da nigaran idi. Bu dəfə Allah nəsib etdi, biz işğalda olan bütün torpaqlarımızı, mənəvi paytaxtımızı - Şuşamızı azad etdik. Bu müharibə ilə Ordumuz alçalan qürurumuzu özünə qaytardı.

“Orduda iqtidar, müxalifət ola bilməz”

- Müxalif partiyada olmağınıza görə, Silahlı Qüvvələrdə xüsusi münasibət oldumu?

- Heç bir fərqli münasibət olmadı. Nə də mən özümü nəyəsə qarşı aparmadım. Çünki Ordu elə bir strukturdur ki, orada nə iqtidar, nə də müxalifət ola bilməz. Orada dövlət var, dövlətçilik var. Dövlətin maraqları hər şeydən üstün olduğu üçün, açığı, həmin müddətdə ölkədəki ictimai-siyasi hadisələrlə də maraqlana bilmədim. Həm vaxt yox idi, həm də hesab edirdim ki, mənim əsas vəzifəm verilən döyüş tapşırıqlarını yerini yetirmək, tabeçiliyimizdə olan zabitlərimizin sağlıq durumunun qorunmasının qeydinə qalmaqdır.

- Partiya yoldaşlarınızla görüşmüsünüzmü?

- Mən bu gün qayıdıram. Dostların bir neçəsi məni qarşılamağa hazırlaşırlar. Onlara təşəkkür edirəm. Mən buradan birbaşa evimə yox, Şəhidlər Xiyabanına yollanacağam.

“Qələbənin qazanılmasında xalqımızın maddi və mənəvi dəstəyi danılmazdır”

- Gənc yaşlarınızda xalq hərəkatında iştirak etmisiniz. Nə müşahidə etdiniz, Azərbaycan xalqının mübarizlik ruhu özünə qayıdıbmı?

- Bizim balaca bir radiomuz vardı və rəsmi xəbərləri oradan izləyə bilirdik. Xüsusilə, o radiolarda vətənpərvər musiqilərə yer ayrılırdı. Məni Qarabağda əldə etdiyimiz qələbələr qədər, o mahnıların efirdə səslənməsi də çox şad edirdi. Dediyim kimi, uzun illər Azərbaycanda aparılmış bayağı, milli kökünə yad olan musiqilər ki vardı, onların əksinə, müharinə dönəmində milli mahnılar səslənirdi. Mən deyirdim ki, biz böyük millətik. Bizim yaşadığımız çətinliklərə baxmayaraq, genində daşıdığımız müdrikliyi, özkökünə bağlılığı bu müharibədə üzə çıxartdıq. Bu müharibədə xalqımızın fəaliyyətindən ağızdolusu danışmaq istərdim. Qələbənin qazanılmasında xalqımızın maddi və mənəvi dəstəyi danılmazdır. Biz müharibə gedən günlərdə marketlərdən nəsə almağa utanırdıq. Çünki hara yaxınlaşırdıqsa, pul götürmürdülər. Amma daxili qürur hissi var idi ki. O hörmət əynindəki formayadır, xalqın Ordusuna sevgisidir. Mənə demişdilər ki, ağbirçək anamız kəfən üçün yığdığı pulu Orduya köçürüb. Mümkün deyildi ki, belə xalqı olan Ordu məğlub olsun. Mən millətimizlə qürur duyuram. Xalqıma təşəkkür edirəm. Yaşa, var ol, mənim əzim xalqım!

“Mənə orduda qalmaq təklif edildi”
Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ
















- Silahlı Qüvvələrdə qalmaq, fəaliyyətinizi bundan sonra orduda davam etdirmək istəyirdinizmi və ya bununla bağlı təklif oldumu?

- Hərbçi peşədir və mən öz peşə seçimimi çoxdan etmişəm. 2000-ci il sentyabr ayında ordudan təxris olunmuşdum. 2020-ci ilin sentyabrında - düz 20 il sonra yenidən xidmətə çağırıldım. Mənə qalmaq təklif də edildi. Mən böyük təşəkkür və qürur hissi ilə bildirdim ki, gələcək planlarım mülki işimlə bağlıdır, mən özümü orada sübut etmək istəyirəm. 99 günlük ordudakı xidmətim başa çatdı, amma millətimə bir ömürlük xidmətim davam edəcək.
Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ
Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ
Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ

Partiya sədrinin müavini 44 günlük savaşda nələr görüb: “Siqnal gəldi ki, erməni dronu yerimizi müəyyən edib” - MÜSAHİBƏ

  • 31-12-2020, 02:11
  • 503


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  5. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI