Bakıda 34 yaşlı kişi tanışları tərəfindən öldürülüb

Bakıda 34 yaşlı kişi tanışları tərəfindən öldürülüb31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülmüş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda 34 yaşlı kişi tanışları tərəfindən öldürülüb

  • 2-01-2021, 12:40
  • 284


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
  2. “Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi
  3. Vilayət Eyvazovdan yeni TƏYİNAT
  4. General Hikmət Abbasovun "yeni bazarı"- Kəmaləddin Heydərovun xəbəri varmi?
  5. Xankəndi yaxınlığında yenə atışma oldu...
  6. "Paşinyan diz çökmüş bir liderdir və masada bərabər münasibətləri olmayanlarla oturmuşdu"
  7. 11 yanvar eposu və ənənəvi biganəlik – RÜFƏT MURADLI
  8. Polis əməliyyat keçirdi - Saxlanılanlar var
  9. Rusiyada baş vermiş güclü yanğın zamanı 8 nəfər ölüb, 90 sakin təxliyyə olunub
  10. Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI