"... Şuşa yolundan qalxanda hücuma məruz qaldıq. Snayper çıxmağımıza icazə vermirdi" - MÜHARİBƏ İŞTİRAKÇISI

1 017 2-01-2021, 21:37 cemiyyet

"... Şuşa yolundan qalxanda hücuma məruz qaldıq. Snayper çıxmağımıza icazə vermirdi" - MÜHARİBƏ İŞTİRAKÇISI

Qəhrəmanlarımızı tanıyaq
"... Şuşa yolundan qalxanda hücuma məruz qaldıq. Snayper çıxmağımıza icazə vermirdi"

Bu sözləri Ağstafa rayonu Dağ Kəsəmən kəndindən olan vətən Müharibəsi iştirakçısı Qafarov Elmar Elşad oğlu Bizim Cümhuriyyət Media Group'a danışarkən deyib. Elmarın atası Elşad Qafarov da birinci Qarabağ müharibəsi veteranıdır.

Elmar "Canavarlar taboru"nda xidmət edib. O, deyir:
- Snayper iki əsgərimizi vurdu, yaralandılar. Qayalığın arası ilə hərəkət edib, əsgərlərimizə ilk tibbi yardım gostərdik, sonra onları hospitala göndərdik. Biz isə davam elədik. Qarşımıza tank və ağır silahları çıxdı arxadakı qayalığı da mühasirəyə almışdılar. O ərazidə şəhidlər verdik. Sonra yanımda yaralanmış döyüş yoldaşımı götürüb, Şuşa qalasına gəldim onun yarasını bağladım. Şokolad verdim ki özünü itirməsin, taqəti olsun. Orda bir gün qaldıq. Yaxınlıqda döyüş gedirdi. Artıq ayın 10-da xəbər gəldi ki, döyüşlər bitib, qələbə qazanmışıq.
"... Şuşa yolundan qalxanda hücuma məruz qaldıq. Snayper çıxmağımıza icazə vermirdi" - MÜHARİBƏ İŞTİRAKÇISI

Qeyd edək ki, Elmar Qafarov Müharibə başlanan günlərdən könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə müraciət edərək döyüşlərə qatılıb. Döyüşün ən qaynar nöqtələrində iştirak edib.
Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Elmar Elşad oğlu Qafarov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
"... Şuşa yolundan qalxanda hücuma məruz qaldıq. Snayper çıxmağımıza icazə vermirdi" - MÜHARİBƏ İŞTİRAKÇISI

Elmar, Vətən sizinlə fəxr edir!

XƏBƏR LENTİ